» » Qorxmaz Hüseynov işsizlər batalyonu yetişdirir: “Azərsu”nun 4 müəssisəsində ixtisarlar

Qorxmaz Hüseynov işsizlər batalyonu yetişdirir: “Azərsu”nun 4 müəssisəsində ixtisarlar

 
“Azərsu” ASC-nin müəssisələrində kütləvi ixtisarlar başlanıb

Bu barədə xəbərdə qeyd olunur.

Ötən ilin noyabrından ixtisarları kütləviləşdirən ASC rəhbərliyi yanvarda müəssisələrdə də işsizlər ordusu yaradır.

Xəbərə görə, Bakı Sukanal İdarəsi, Birləşmiş Sukanal MMC, Sutikinti Müəssisəsi və Sukanal ETLİ idarələrində ixtisarlar gedir.
ASC prezidenti Qorxmaz Hüseynovun qənaət rejiminə keçidi yüzlərlə ailənin çörəksiz, ilə başçısının işsiz qalması ilə müşayiət olunur.

Məlumatda deyilir ki, xərclərin azaldılması bəhanəsi ilə yuxarıda adı keçən müəssisələrdə ixtisarlar aparılır.

İşçilərin hər birinə bildiriş verilir yaxud da elə rəhbərlik tərəfindən könüllü istefa ərizəsi yazmaq məcbur olunur. Nəticədə Q.Hüseynov işsizlər batalyonu yetişdirir və dövətlə xalq arasında narazılıq yaradır.

Bakı Sukanal İdarəsi, Birləşmiş Sukanal MMC, Sutikinti Müəssisəsi və Sukanal ETLİ idarələrində ixtisarların aparılmasından əvvəl də digər strukturlarda, su-kanal idarələrində işçilərin sayı azaldılmışdı. Struktur islahatları ilə əlaqədar işçi sayı məhdudlaşdırılmışdı.

Əldə etdiyi xəbərdə deyilir ki, işdən çıxarılanların maaşları tam ödənilmir yaxud da başqa sahəyə göndəriləcəyi vəd verilir.

“Azərsu” ASC-nin regional şöbələrində kütləvi ixtisarlar davam edir. İxtisarlardan əlavə, dərəcələr aşağı salınır.

Məsələn, 11-ci dərəcəli mühəndisin dərəcəsi 9-a salınaraq rütbəsi endirilir, mühəndisdən adi ustaya çevrilir. Bu da dərhal əmək haqqına təsir edir.

“Azərsu” rəhbərliyi dərəcələri aşağı endirməkdə də məhz maaşların azaldılmasını hesablayaraq bu siyasəti yürüdür. Nəticədə minlərlə mühəndis və digər sahələr üzrə çalışanların əmək haqları kəsilir, narazılıq artır.

Ölkədə sosial şərait getdikcə ağırlaşır. Dövlət idarələrində ixtisarlar aparılır, banklar bağlanır, zavodlar ləğv edilir. Hər gün yüzlərlə insan işini itirir və minlərlə ailə çörəksiz qalır.

Xatırladır ki, Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib.

Qərara əsasən “Azərsu” ASC-nin Ekologiya İdarəsi “Bakı Sukanal” İdarəsinə, H.Z.Tağıyev adına Su Təchizatı İdarəsi və Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə birləşdirilib.

Həmçinin “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti, “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxs kimi müəyyən edilib.

Cəmiyyətin “Mingəçevir Sukanal” İdarəsi və “Şirvan Sukanal” İdarəsi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturundan çıxarılaraq “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil edilib.

Qurumun tərkibində fəaliyyət göstərən idarələrin bir- birinə birləşdirilməsi işçilərin kütləvi ixtisarla şərtləndirib.




Paylaş:


Müəllif : Tarix:
9-01-2017, 00:15
  
loading...