» » Göyçay İstilik Sistemləri İstismar Sahəsinin əmlakı qanunsuz özəlləşdirilib

Göyçay İstilik Sistemləri İstismar Sahəsinin əmlakı qanunsuz özəlləşdirilib-ŞİKAYƏT

 
RegionXəbərləri.com- a  Göyçay rayonu Nətavan küçəsi bina 7 A sakinləri tərəfindən şikayət məktubu daxil olub.Narazı sakinlər Göyçay İstilik Sistemləri İstismar Sahəsinin müdiri Ayaz Səfəralıyevin qanunsuz əməllərindən şikayət edirlər.

"Bu şikayət ərizəmizdə yazıb sizə bildiririk ki,  Göyçay İstilik Sistemləri İstismar Sahəsinin müdiri Ayaz Səfəralıyev 100 nəfər ailənin 500 dən çox sakinin yaşadığı 5 mərtəbəli iki binanın istiliyini təmin edən qazanxananı qanunsuz olaraq başqa şəxsə satımışdır.İndi həmin qazanxananı çörək bişirmə sexi ediblər.Rayon ərazisində qazanxanaların əksəriyyətini Ayaz Səfaralıyev öz atasının malı kimi qanunsuz olaraq satmışdır.Buna görə də 100 ailənin  yaşadığı iki böyük binanın sakinləri soyuqdan əziyyət çəkirik.Dövlət hər il büdcədən "Azəristiliktəchizat"  ASC-yə pul ayırır Ayaz Səfəralıyev isə həmin pulu  mənimsəyir. O, hansı qanunu əsasla 100 ailənin yaşadığı iki böyük binanın qazanxanasını öz atasının malı kimi satıb ? Biz aidiyyatı qrumlara mətbuat vasitəsi ilə müraciət edib xahiş edirik bu qanunsuzluqları yerində araşdırın və saxtakarlıqla məşğul olan Göyçay İstilik Sistemləri İstismar Sahəsinin müdiri Ayaz Səfəralıyevin barəsində ciddi tədbirlər görün."
           
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com






Paylaş:


Müəllif : Tarix:
12-01-2017, 10:58
  
loading...