reklam
» » Ziya Məmmədovun müşavirinin qohumu təcridxanaya köçürüldü

reklam

Ziya Məmmədovun müşavirinin qohumu təcridxanaya köçürüldü

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov  Bakı İstintaq Təcridxanasına köçürülüb.

Regionxeberleri.com bildirir ki, Lent.az-a bu barədə onun yaxınları məlumat verib.

Bildiriblər ki, Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından çıxarılaraq, Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına köçürülüb.

Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov isə bildirib ki,  Rövşən Əhmədov evində saxlanılıb.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində onun barəsində həbs qərarı çıxarılıb və axtarış elan edilib. Buna səbəb Rövşən Əhmədovun məhkəmə iclasında iştirak etməməsi olub.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.

R.Əhmədov bir müddət sonra yaşadığı evdə dərman içərək intihara cəhd edib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.

R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda intihar etməsinin səbəblərini qeyd edib. Bildirib ki, intihara səbəb keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevdir. O, həmçinin ailəsinin təhlükədə oluğunu qeyd edib.

Daha sonra R.Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının "sistem şüşəsi"ni sındıraraq, öz əl-qolunu və boynunu kəsib. Hadisə yerinə dərhal gələn həkimlər onun intihar etməsinin qarışısını alıb, xəstəxanaya polis əməkdaşları çağırılıb. R.Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb.


Paylaş:


Müəllif : Tarix:
17-01-2018, 12:15
  
loading...