X
İsa Qəmbər reanimasiyadan çıxıb, intensiv terapiya şöbəsinə köçürülüb » Regionxeberleri.com İsa Qəmbər reanimasiyadan çıxıb, intensiv terapiya şöbəsinə köçürülüb » Regionxeberleri.com

reklam
» » İsa Qəmbər reanimasiyadan çıxıb, intensiv terapiya şöbəsinə köçürülüb

reklam

İsa Qəmbər reanimasiyadan çıxıb, intensiv terapiya şöbəsinə köçürülüb

Hazırda Mərkəzi Klinikada müalicə olunan Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər dünən reanimasiyadan intensiv terapiya şöbəsinə köçürülüb.

Bunu “Report”a açıqlamasında İ.Qəmbərin həkimi, Mərkəzi Klinikanın kardioloqu Firdovsi İbrahimov deyib.

Həkimin sözlərinə görə, İ.Qəmbər intensiv terapiya şöbəsində təxminən 2-3 gün qalacaq: “Onun səhhəti qənaətbəxşdir. Həkim nəzarəti altındadır. Huşu tam yerindədir, danışır. Özü gəzməyə başlayıb. Amma infarkt keçirən xəstələr üçün 20 gündən tez konkret fikir demək yalnış olar”.

İ.Qəmbərin evə buraxılması məsələsinə gəlincə F.İbrahimov qeyd edib ki, sabah o, təkrar müayinədən keçiriləcək və dəqiq qərar veriləcək.


Paylaş:


Müəllif : Tarix:
17-01-2018, 13:43
  


loading...