X
Ağstafa rayon mədəniyyət işçiləri prezidentdən kömək istəyirlər » Regionxeberleri.com Ağstafa rayon mədəniyyət işçiləri prezidentdən kömək istəyirlər » Regionxeberleri.com

reklam
» » Ağstafa rayon mədəniyyət işçiləri prezidentdən kömək istəyirlər

reklam

Ağstafa rayon mədəniyyət işçiləri prezidentdən kömək istəyirlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
surəti: Azərbaycanın Birinci Vitse prezidenti Mehriban Xanım Əliyevaya

Hörmətli cənab Prezident!
Siz hər bir Azərbaycan vətəndaşının prezidentisiniz. Biz mədəniyyət işçiləri həmişə Sizdən diqqət və qayğı görmüşük. Siz nazirlər kabinetinin iclasında həmişə olduğu kimi geniş və məzmunlu çıxış etdiniz. Azərbaycan vətəndaşlarına müraciət edərək bildirdiniz ki, dövlət məmurları sizi incidəndə, bir probleminiz olanda mənə yazın. Biz bir qrup mədəniyyət işçisi Sizə üz tuturuq. İnanırıq ki, bizim müraciətimizi nəzərə alacaqsınız.

 Ağstafa reqional mədəniyyət və turizm idarəsində baş verən özbaşnalıq bitmək, tükənmək bilmir. Sizə məlumat vermək istəyirik ki, Ramiz Quliyev reqiona rəhbərlik etmək əvəzinə burada hökmüranlıq edir. Beləki o, reqiona rəis təyin olunan gündən idarəni öz şəxsi müəssisəsinə çevirib. Bu barədə biz mədəniyyət işçiləri cənab Əbülfəz Qarayevə, Ağstafa rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyevə dəfələrlə müraciət etmişik. Lakin təsüflər olsun ki, bunun heç bir nəticəsi olmayıb. Biz reqional idarənin mədəniyyət işçilərinin haqlı narazılıqları, coxsaylı müraciətləri nazir və başçı tərəfindən cavabsız qalır. Ramiz Quliyev hətta respublikada fəaliyyət göstərən mediya işçilərinin də gözünün odunu alıb. Belə ki, onun haqqında mətbuatda gedən yazılar bir gündən sonra səifədən qaldırılır . Biz bilmirik bəlkə yazdığımız bu məktub da Sizə gedib çatmayaçaq.

Ramiz Quliyev biz mədəniyyət işçilərinin hüquqlarını pozur. Biz onun əmrlərini yerine yetirmək məcburiyyətində qalırıq. Ramiz Quliyevin göstərişi ilə heç bir əsası olmayan saxta aktlara, fakturalara imza atırıq. Hələ işlədiyimiz müddətdə biz belə qanunsuzluqla üzləşməmişdik. Biz yaxşı bilirik ki, bu çinayətdir. Lakin onun əmrlərinə tabe olmaq məcburiyyətindəyik . Çünki əks halda o, bizi işdən çıxaraçağı ilə hədələyir. Biz real faktlarla Sizə Ramiz Quliyevin əməlləri haqqinda məlumat vermək istəyirik. Düşünürük ki, buna son qoymaq lazımdır. Nazirlik tərəfindən mədəniyyət müəssisələrinə, mərkəzlərə ayrılmış vəsaitin heç biri ünvanına çatdırılmır. Ötən ilin son aylarında iclasların birində Ramiz Quliyev kitabxanaları yeni inventarlarla təmin etdəcəyini bildirdi. Bəli, bizə yeni inventarlar verildi. Lakin biz 4 stul təhvil alaraq fakturada 12 stula, onların hər birinin qiyməti 14 manat olduğu halda 28 manata imza atdıq. İndi qış ayıdır. Kənd mədəniyyət evlərində, kitabxanalarda istilik sistemi yoxdur. Çox çətin şəraitdə işləyirik. Hər qiş mövsümü biz yanaçaqla təmin olunurduq. Lakin regional idarə yaranandan bizə yanacaq verilmir. Halbuki, dövlət tərəfindən yanacağa pul ayrılır. Yanacağın pulu reqionun müdiri tərəfindən mənimsənir. Ramiz Quliyev demək olar hər ay işçiləri ixtisar adı altında işdən cıxardır. Onların yerinə pul alaraq qeyri ixtisaslı işçilər işə qəbul edir. Ramiz Quliyev boş iş yerləri haqqında məşqulluq mərkəzinə məlumat vermir. O, özü işçiləri işdən azad edir və işə qəbul edir. Əslində isə hər bir idarə və müəssisəyə işçilər məşqulluq mərkəzinin göndərişi ilə qəbul edilməlidir. Ramiz Quliyev bu qayda –qanuna da əməl etmir.

Ramiz Quliyevin iş üslubu belədir. Biz mədəniyyət işçiləri ondan heç nə gözləmirik. Çünki onun mədəniyyət sahəsində heç bir təcrübəsi yoxdur, dövlət qulluğunda çalışmayıb. Mədəniyyət, incəsənət bu insana yaddır. Biz bilmirik Əbülfəz Qarayev belə bir insanı nə üçün mədəniyyətin beşiyi olan üç rayona reqional rəis təyin edib? Müqavilə ilə 1 il müddətinə reqiona təyin olunan Ramiz Quliyevdən başqa nə gözləyək. Onun bir məqsədi var, müqaviləsinin vaxtı bitənə qədər pul yığmaq. Biz aldığımız əmək haqqını evimizə apara bilmirik. Hər ay mədəniyyət sahəsində çalışan hər bir işçidən vəzifəsindən asılı olaraq pul yığılır. İdarə müdirləri 100, işçilər 50, xidmətçılər 20 manat məbləğində pul veririk. Hamı bir nəfər kimi haqq verir.
Dövlətimiz hər bir sahəyə pul ayırır, mədəniyyət sahəsi isə həmişə Sizin diqqət və nəzərinizdədir. Biz bilirik ki, keçirilən tədbirlərə nazirlik tərəfindən pul ayrılır. Lakin istər rayon səviyyəli, istərsə də idarə daxili tədbirləri biz mədəniyyət işçiləri öz şəxs vəsaitimizlə keçiririk.

Biz Yeni Azərbaycan Partiyasının üzvləri, mədəniyyət işçiləri Sizin məqsədyönlü siyasətinizi dəstəkləyirik və daim dəstəkləyəçəyik. İnanırıq ki, Sizin tapşırığınız əsasında bizim problemimiz öz həllini tapacaqdır. Reqional mədəniyyət işçiləri adından xahiş edirik bizə kömək edəsiniz.

Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk.

Bir qrup mədəniyyət işçisi


Paylaş:


Müəllif : Tarix:
23-01-2018, 12:24
  


loading...