Sabiq MTN şefi kəfəni yırtdımı? - onu qoruyan əlindəki kompromatlardır, yoxsa... » Regionxeberleri.com Sabiq MTN şefi kəfəni yırtdımı? - onu qoruyan əlindəki kompromatlardır, yoxsa... » Regionxeberleri.com

reklam
» » Sabiq MTN şefi kəfəni yırtdımı? - onu qoruyan əlindəki kompromatlardır, yoxsa...

reklam

Sabiq MTN şefi kəfəni yırtdımı? - onu qoruyan əlindəki kompromatlardır, yoxsa...

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarılan gündən onun həbsi məsələsi müzakirə olunmaqdadır. 2015-ci il oktyabrın 17-dən sonra aktuallaєan məsələ hələ ki, nəticəsizdir. Eldar Mahmudovun taleyi ilə bağlı da rəsmi qaynaqlardan bir söz deyilmir. 2 ildən artıqdır ki, Eldar Mahmudov müəmması davam edir. 2017-ci ilin noyabrına qədər sabiq nazirin mətbuatda “MTN işi” adını almış çoxşaxəli cinayət iєindən kənar qalacağı haqda fikir formalaşmışdı. Amma belə olmadı.

Ötən il noyabırın 4-də Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırıldı. Bundan əvvəl isə həmin idarəyə onun əmisi oğlu Vüqar Mahmudovu çağırmışdılar. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Antiterror Mərkəzinin єübə rəisinin müavini vəzifəsində iєləmiє və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov qısa dindirmədən sonra ittihamlar elan edilməklə Bakı Hərbi Məhkəməsinə aparılmışdı.

Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri sezilib. Vüqar Mahmudov ləğv olunmuş MTN-in vəzifəli єəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair iєlər üzrə istintaq idarəsində istintaq edilən cinayət iєi ğzrə təqsirləndirilən єəxs qismində cəlb olunub. Eldar Mahmudovun əmisi oğlu özgə əmlakının mütəєəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də єəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadədə ittiham olunur.

Vüqar Mahmudov həbs ediləndən bir nezə gün sonra istintaqçılar Eldar Mahmudovun da qapısını döydülər. Noyabrın 4-də sabiq naziri istintaqa çağırıb səhərdən axєama qədər dindirdilər. Və sonrakı günlərdə Eldar Mahmudov 3 dəfə də istintaqa çağırıldı, dindirildi, evinə yola salındı. Belə dindirmələrin birindən sonra sabiq nazir onun ğzğn xoє olmayan bir aksiya ilə də qarşılaşdı. Növbəti dəfə dindirmədən əsəbi єəkildə çıxan Eldar Mahmudovun qarşısını onun dəstəsinin əməllərindən zərərzəkənlər kəsdi, barəsində dğєğndğklərini üzünə dedilər. Ümumiyyətlə isə Eldar Mahmudovu 2015-ci ildə komandasının üzvləri həbs edilərkən də istintaqa çağırıb dindirmək ğzğn xeyli əsas və sübutlar vardı. Onun əməllərindən zərərzəkənlərin fəryadları mətbuatdan bəs deyincə yayılmışdı. Həmin vaxt o, istintaqdan kənar qala bilmişdi. 2017-ci ilin noyabrında isə prosesdə geri sayım başlandığına əsas verən addımlar atılmışdı. Artıq hər kəsdə Mahmudovun toxunulmazlığının götürüldüyü fikri formalışmışdı. Bu ehtimalı formalaşdıran amillərdən biri də o idi ki, əmisi oğlu Vüqar Mahmudov da iki il ərzində sərbəst dolaşmışdı. O, həbs ediləndən sonra isə Eldar Mahmudovun da həbsə gedəcəyinə dair proqnozlar verilirdi. İstintaqçılar Eldar Mahmudov “MTN iєi”ndən qalib çıxdığı kimi göründüyü bir dönəmdə qapısını döymüşdülər. Bu həmin vaxt idi ki, mətbuatda Eldar Mahmudovun üzğnğ “MTN iєi”ndən kənar tuta bilməsi haqda başlıqlar da peyda olmuşdu, onun komanda üzvlərinə cəmiyyətin gözlədiyindən, iє ğzrə zərərzəkənlərin istəyindən daha yüngül cəzalar təyin oldunduğu bir vaxta təsadğf etmiєdi. Eldar Mahmudovun ütən 2 ildən bir qədər artıq müddətdə istintaqdan kənar qalması onu çox ciddi dairələrin himayə etməsi fikrini qətiləєdirmiєdi. Ütən müddətdə onun həbs olunmaması da çox ciddi şəkildə qorunmasından xəbər verirdi.

Onun Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılaraq dindirilməsi ilə başladılan proses hazırda səngimiє kimi gürğnğr. Mğmkğndğr ki, sonda onu həbs edəcəklər. Mğєahidə edilən sükut isə pərdəarxası proseslərin təzahürü də ola bilər. Eldar Mahmudov sıradan bir nazir olmayıb. Onun 11 illik nazirliyi dövründə 1-2 nazir istisna olmaqla digəriləri gəldiyi məclislərdə ayağa qalxıblar, ona təzim ediblər, aylıq xərac, pay-puє gündərib Mahmudovun özündən və dəstəsindən qorunmağa çalışıblar. Hakimiyyətin yuxarı eşalonundan tutmuş yerlərdəki nümayəndələrinə qədər onun adı gələndə belə həyəcan keziriblər. Bu baxımdan onun istintaqa çağırılması, dindirilməsi sıradan məsələ hesab edilmirdi. Onun kürəyinin yerə gətiriləcəyi gözlənlirdi. Amma hələlik bu baє verməyib: Eldar Mahmudov azadlıqdadır, daha onu istintaqa da çağırmırlar. Belə məlumatlar da var ki, Eldar Mahmudov özünü həbsdən və komandasının üzvlərini ağır cəzalardan kompromatlardan istifadə etməklə kənarda saxlaya bilir.

Xatırladaq ki, Eldar Mahmudova ən yaxın kadr hesab edilən Akif Zovdarov da məhkəməsində “mən agentlərin adlarını açıqlaya bilərəm” deyib meydan oxumuєdu. Belə iddialar da var ki, Eldar Mahmudovun əlində 2800 kompromat videolar var. Bununla belə E.Mahmudovun əlindəki kompromatlardan ictimai єəkildə istifadə etməyəcəyi, bunun ğzğn o qədər də cəsarətli olmadığı haqda fikirlər də mövcuddur. Hazırda baş verənlər isə Eldar Mahmudovun istintaqa çağırılmaqla zədələnmiє mifinin yenidən bərpa olunması fikirlərini formalaşdırır.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
29-01-2018, 09:36
  


loading...