X
Təcili yardımın xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində ölən qızın anası danışdı - VİDEO » Regionxeberleri.com Təcili yardımın xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində ölən qızın anası danışdı - VİDEO » Regionxeberleri.com

reklam
» » Təcili yardımın xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində ölən qızın anası danışdı - VİDEO

reklam

Təcili yardımın xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində ölən qızın anası danışdı - VİDEO

  Təcili yardım həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.

RegionXeberleri.com Xəzər Xəbər-ə istinadla məlumat verir ki, şok iddianı Bakının Xəzər rayonu Zirə qəsəbəsinin sakini olan qızın valideynləri səsləndirib. Onların sözlərinə görə, 23 yaşlı Məlhəm Mailova özünü narahat hiss etdiyindən evə təcili yardım çağrılıb.

Valideynləri deyir ki, həkim qızlarını müayinə edib və deyib ki, ciddi bir şey deyil. Sadəcə təzyiqi aşağı düşüb. İynə vurub ki, təzyiq normallaşsın. Lakın iynədən sonra 23 yaşlı qızın vəziyyəti daha da pisləşib.

Bundan sonra həkim getmək istəyib. Valideynləri iddia edir ki, qızın narahat olduğunu görüb xahis ediblər ki, bir qədər dayanıb onun özünə gəlməsini gözləsinlər. Həkim isə buna etiraz edib.

Ancaq iddialar bununla kifayətlənmir. Bu dəfə valideynlər xahiş edib ki, qızı hansısa xəstəxanaya çatdıraq. Həkim deyib ki, ehtiyac yoxdur. Guya xəstəxana gecə soyuqdur, üstəlik həkimlər də yoxdur. Həkim gedəndən yarım saat sonra Məlhəmin dili qatlanıb və nəfəs ala bilmədiyindən ölüb.

Onların sözlərinə görə, bu dəfə də həkim çox gec gəlib. Evə çatanda artıq 23 yaşlı Məlhəm keçinmişdi.

Ərazi üzrə təcili yardım stansiyasında isə məsələylə bağlı münasibət öyrənməyə heç kimi tapmadıq.

Stansıyanın baş həkimi də yerində yox idi.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev “Xəzər Xəbər”ə bildirdi ki, təcili yardım həkimi ilə bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq.
     

                               
        


Paylaş:


Müəllif : Tarix:
19-02-2017, 13:49
  


loading...