X
Qarayevin kadrının "qara əməlləri"... - İTTİHAM » Regionxeberleri.com Qarayevin kadrının "qara əməlləri"... - İTTİHAM » Regionxeberleri.com

reklam
» » Qarayevin kadrının "qara əməlləri"... - İTTİHAM

reklam

Qarayevin kadrının "qara əməlləri"... - İTTİHAM

Regionxeberleri.com bildirir ki, FİA.Az-ın sosial şəbəkələrə istinadla yaydığı xəbərə görə, musiqi məktəblərinin müəllimləri 10-20 manatdan maaşından verməlidirlər.

Buna səbəb göstərilməsə də, hansısa mədəni kütləvi tədbirlər üçün vəsait lazım olduğu söylənib. E.Məmmədovun təlimatı olduğu iddia edilən yığım narazılıq doğurub.

Kürdəmirdə musiqi məktəbləri, kitabxanalar, mədəniyyət klubları E.Məmmədovun əlindən dad eləyirlər.

Onun baş məsləhətçisi Emil İbrahimovun bu təlimatı musiqi məktəblərinə çatdırmaqda ittiham olunur. Sosial şəbəkələrdə kürdəmirlilər qeyd edirlər ki, idarə rəisinin müavini Vaqif Alıyev də bu yığımın əsas sifarişçilərindən biridir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təyin etdiyi idarə rəisinin hələ Füzuli rayonunda şöbə müdiri işləyərkən orda sağ əli olan E.İbrahimovu özü ilə Kürdəmirə gətirməsi, buradakı fəaliyyəti haqda elektron mediada yetərincə xəbərlər yayımlanıb.

İdarə rəisinin Xocvənd, İmişlidə kütləvi ixtisarlar aparması, işçiləri incitməsi, nazirin tapşırıqlarına əks addımlar atması, Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş konserti yarımçıq tərk eləməsi haqda mətbuatda kifayət qədər yazılıb.

E.Məmmədovla E.İbrahimov tandemi indi də Kürdəmir musiqi məktəblərini “tas”a oturdub. Füzuli rayonundan gələn hər iki kadr hazırki posta müvəqqəti bir gəlir obyekti kimi baxırlar.

Ona görə də mümkün qədər talan etmək və iş görməmək devizini əldə şüar tutublar. Amma adıçəkilən məmurların fəaliyyəti yuxarıda sadalanan əməllərlə məhdudlaşmır.

FİA.Az-ın sosial şəbəkələrə istinadla yaydığı xəbərə görə, idarə rəisi nə rayonlara yoxlama aparır, nə fəaliyyətini yoxlayır.

Onun işi ştat vahidlərini artırıb işçi götürməklə ”ölü can”lar saxlamaqdır. İddialardan biri budur ki, E.Məmmədov Qarabağ müharibəsi veteranı olması vəsiqəsindən sui-istifadə edir.

Bu imtiyazdan yararlanan idarə direktorunun fermaları, təsərrüfatları, biznes məkanları olduğu iddia edilir.

Onun müavini bundan əvvəl təkzib mətni ilə çıxış etsə də, idarə rəisi özü susqunluq nümayiş etdirir. Halbuki Kürdəmir mədəniyyət idarəsinin bir yoxlamalıq canı var ki, nöqsanlar aşkarlansın.

Eyni zamanda onun Kürdəmirdə peşəkar mütəxəssislər qaldığı halda Füzulidən Emin İbrahimov adlı adamını baş məsləhətçi gətirməsi, ona 300 manat maaş kəsməsi narazılıq doğurub.

Hələ o da ayrı məsələdir ki, baş məsləhətçi 300 manatla Kürdəmirdə necə yaşayır – onun kirayə pulu, gündəlik xərcləri həmin məbləği aşır.

İddialara görə, E.Məmmədov Kürdəmirə Füzulidəki mədəniyyət şöbəsinin direktoru vəzifəsindən gəlib və ona bu təyinatda deputat Bahar Muradovanın dəstəyi olub.

İdarə rəisi öz çevrəsində belə elan edib ki, B.Muradovanın adamıdır və ona kimsə bata bilməz. Ona görə də nazirdən daha çox deputatın təlimatlarına boyun əydiyi deyilir.

Onun adından sui-istifadə edərək vəzifəsində istədiyi kimi fəaliyyət göstərir. Hərçənd, B.Muradova onu nə tanıyır, nə bu işlərdən xəbəri var.
Elman Məmmədovun işi ancaq maliyyə əməliyyatları etmək, daha doğrusu saxta sənədlər əsasında dövlətdən şöbəninin fəaliyyəti üçün ayırılan vəsaitləri silməkdən ibarət idi.

Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsində maliyyə maxinasiyaları müdir Elman Məmmədova yaxın bir şəxsə məxsus “KENZO-2014” MMC (130000 min manat), “Vüsal E-S” MMC ( 317000 min manat) vasitəsi ilə həyata keçirilib. Təkcə 204-cü ildə Elman Məmmədov bu MMC-lər vasitəsi ilə 500 min manata yaxın vəsait silib.

Kürdəmirdə idarə rəisi olduqdan sonra ixtisarlara başlayan E.Məmmədov nə vətəndaşları qəbul edir, nə rayondakı şəhid ailələrinə, köçkünlərə hörmətlə münasibət göstərir.

Elman Məmmədov Füzulidə tabeçiliyindəki musiqi məktəblərinin hər birindən ayda 2200 manat pul yığırmış.

Ona gələn küllü miqdarda gəlirin hesabına Haramı düzündə ferma açaraq sayı bilinməyən mal – qoyun saxladır. İndi eyni işi Kürdəmir musiqi məktəblərində davam etdirir.
Qarşı tərəfi dinləməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 09:44
  


loading...