X
Rusiya Avropanı ZƏHƏRLƏYİB – dəhşətli İDDİALAR » Regionxeberleri.com Rusiya Avropanı ZƏHƏRLƏYİB – dəhşətli İDDİALAR » Regionxeberleri.com

reklam
» » Rusiya Avropanı ZƏHƏRLƏYİB – dəhşətli İDDİALAR

reklam

Rusiya Avropanı ZƏHƏRLƏYİB – dəhşətli İDDİALAR

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirdi ki, ölkəsi yeni məğlubedilməz, ən uzaq hədəfləri vurmağa qadir olan müasir silahlara malikdir və onların uğurlu sınağı keçirilib.

Ötən ilin sentyabr və oktyabr aylarında Avropada rutenium-106 izotopunun izləri qəflətən peyda oldu. Bu izotop Skandinaviya ölkələri, Yunanıstan, İsveçrə və Ukraynada aşkar olunmuşdu.

Radioaktiv buludun belə həcmdə olması təhlükə törədə biləcək səviyyədə deyildi, bir neçə qram materialdan ibarət idi. Lakin onun mənşəyi ilə bağlı müzakirələr qorxulu iddialara yol açmışdı.

Modern.az saytının məlumatına görə, beynəlxalq KİV-lər belə qənaətə gəlib ki, Avropa səmalarına gəlib çatan radioaktiv maddələrin mənbəyi Putinin dediyi silahların sınaqlarının nəticəsidir.

Putin çıxışında demişdi ki, Rusiya nüvə reaktoru ilə işləyən qanadlı raketlərə sahibdir. İsveçin keçmiş xarici işlər naziri Karl Bildt bildirib ki, radioaktiv buludlar Putinin dediyi qanadlı raketlərin sınaqları zamanı yaranmış qəza ilə əlaqədardır.
Alimlər iddia ediblər ki, zəhərli tullantıların mənbəyi Cənubi Uraldır. Bu tullantıların mənşəyini araşdırmaq üçün komissiya da yaradılmışdı, burada İsveçin Radiasiya Təhlükəsizliyi Agentliyinin əməkdaşları da iştirak ediblər.

“Hədəf bu idi ki, bu radioaktiv tullantıların haradan qaynaqlanması ilə bağlı obyektiv araşdırmalar aparılsın”-agentliyin mütəxəssisi Yan Johansson belə bildirib.

Məlumatlara görə, Skandinaviyada radioaktiv yodun izləri də olub və bunun səbəbini izah etmək çətindir. Bu tullantıların aşkarlanması o ana təsadüf edib ki, Amerika Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlı “WC-135” təyyarəsi Baltik dənizində uçuşlar həyata keçirib. Təyyarələr Böyük Britaniyadakı bazadan start götürüblər.

“Təyyarələr əvvəldən planlaşdırılmış işi yerinə yetirirlər. O, adi tapşırıqları yerinə yetirir” - ABŞ Hərbi Hava Qüvvələrinin kapitanı Robert Hovard qeyd edib.

Norveçin “The İndependent Barents Observer” nəşri məqaləsində radioaktiv tullantıların mənbəyinin Rusiyanın uzaqmənzilli raketləri ilə əlaqəli olduğunu iddia edib. Həmin silahlar ki, Rusiya lideri onlar haqqında qürrələnərək danışırdı.

“Arktikada Rusiya qanadlı raketlərinin sınaqları zamanı qəza ola bilərdi. Avropada qeydə alınmış qeyri-adi şüanın mənbəyi də bu ola bilər”-İsveçin eks xarici işlər naziri Karl Bildt məqalə ilə bağlı fikirlərini bölüşərkən belə deyib.
Nüvə mühərriki ilə təchiz edildiyi deyilən uzaqmənzilli raketlərin konkret hansı məhdudiyyətlərə malik olduğu bilinmir.
“Heç bir müdafiə sistemi ona qarşı davam gətirə bilməz” – Putin çıxışında Qərbə hədə tonunda bildirmişdi.

Amerika mediası isə öz mənbələrinə istinadən Putinin dediklərinin tam doğru olmadığını vurğulayıb. Amerika hakimiyyətindəki mənbə “Fox News”a deyib ki, məsələ Putinin dediyi kimi deyil. Mənbənin sözlərinə görə, nüvə reaktorlu qanadlı raketlər hazırlıq və tədqiqat mərhələsindədir. Və onun Arktikadakı sınaqları uğursuz nəticələnib.

Nüvə fiziki Nils Byomer isə bildirir ki, nüvə mühərriki ilə Rusiya raketləri radioaktiv tullantılara səbəb ola bilər. Mütəxəssis diqqəti ona çəkib ki, ABŞ 1950-ci illərdə oxşar sınaqlar keçirib.

Radioaktiv yoda gəlincə ekspert bildirib: “Bu, nüvə mühərriki ilə təchiz edilmiş Rusiya raketlərinin gizli sınaqları ilə izah oluna bilər. Radioaktiv yod-131-in yarımdağılma dövrü 8 gün təşkil edir.

Bu izotopun mövcudluğu isə nüvə reaktorunun işi ilə izah oluna bilər. Başqa izotoplar, məsələn sezium-137 kimilər, 30 il yarımdağılma dövrünə malikdir. Onları təbiətdə uzun illər sonra aşkar etmək mümkündür. Buna görə də izah etmək mümkündür ki, niyə məhz yod-131 müəyyən edilib”.

Adının qeyd edilməsini istəməyən nüvə partlayışları üzrə İsveç alimi bildirib ki, nüvə mühərrikli qanadlı raketlərin uğursuz sınaqları sirli radioaktiv maddələri doğura bilər. Lakin o bu versiya üzərində çox dayanmağın da tərəfdarı deyil: “Əlbəttə ki, Rusiyada qanadlı raketlərin nüvə mühərrikləri ilə təchiz edilməsi cəhdləri tarixən olub. Lakin bu ağlasığmazdır ki, izotoplar hansısa sınaq nəticəsində yaranıb”-deyən tədqiqatçı əlavə edib ki, radioaktiv yodun müəyyən olunmuş miqdarı çox az olub.

Ekspertin fikrincə, bunun yaranmasının sənaye ilə də bağlı ola bilər.


Paylaş:


Müəllif : Tarix:
6-03-2018, 09:34
  


loading...