X
Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda ŞİKAYƏT+FOTOLAR » Regionxeberleri.com Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda ŞİKAYƏT+FOTOLAR » Regionxeberleri.com

reklam
» » Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda ŞİKAYƏT+FOTOLAR

reklam

Zərdab rayon EŞ rəisinin görünməmiş korrupsiya əməli haqda ŞİKAYƏT+FOTOLAR

 RegionXeberleri.com-a Zərdab rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub.Narazı sakinlər Zərdab rayon Elektirik Şəbəkəsinin rəhbərliyinin korrupsiya əməlləri barədə tədbir görülməsi üçün prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və "Azərişıq" ASC-nin sədri Baba Rzayevə müraciət edirlər. Zərdab rayon sakinlərinin şikayətini olduğu kimi dərc edirik.

"Yazının sonunda adları qeyd ediləcək sakinlər bildirirlər ki, betondan olan elektrik dirəklərinin dibinə beton tökülmədən torpağa basdırılır ki, bu da çox təhlükəlidir, istənilən vaxt güclü külək nəticəsində həmin dirəklər aşa bilıər: “Boru formalı elektirik dirəklərinə yağışdan qorunması üçün üst örtükləri vurulmur. Bunu isə ona görə edirlər ki, dəmir borular yağış suyundan erroziyaya uğrasın təmir adı ilə dövlət vəsaitlərini mənimsəsinlər. Hansı ki., “Asiya İnkişaf Bank”ı bu işlərin görülməsi üçün külli miqdarda vəsait ayırıb. Həmin vəsait belə saxtakarlıq yolu ilə talan edilir.

Kəndlərdə elektirik tranformatorları üçün tikilmiş yerlər hələ də boş qalıb. Həmçinin transformatorların əksəriyyəti suyun içindədir ki, bu, insan həyatı üçün çox ciddi təhlükədir. Zərdab rayon Elktirik Şəbəkəsinin rəisi Səməd Hüseynovun talançılığının nəticəsində sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Səməd Hüseynov əvvəllər ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Harada işləyibsə orada ciddi narazılıqlar yaradıb, korrupsiya əməlləri ilə məşğul olub. Zərdab rayonu Gödəkqobu kənd sakini sahibkar İbadov Nofəl İbad oğluna məxsus ticarət obyektinin və Yanacaq Doldurma Məntəqəsinin 5 metrliyindən yüksək gərginlikli elektirik xəttini çəkən Səməd Hüseynov bu qanunsuz əməli ilə ciddi təhlkə yaradıb. Hansı ki, qanuna əsasən yüksək gərginlikli elektirik xətti obyektdən 30-40 metr aralı məsafədən çəkilməlidir. Zərdab şəhərinin mərkəzində yerləşən istirahət parkında çəkilmiş elektirik xətləri yerdən açıq formada aparılmışdır ki, bu da insanların həyatı üçün daha bir ciddi təhlükədir”.
S.Hüseynovun müavini Ələmdar Abbasovun ali təhsil almasına dair diplomu saxtadır: “Ələmdar Abbasov həmin saxta diplomu Dağıstandan 2000 manata alıbr. Ələmdar Abbasov heç həmin ali məktəbin yerini belə bilmir ki, Dağıstanın harasında yerləşir. Azərbaycanda bu alver ilə məşğul olan şəxslərdən həmin saxta diplomu alan Ələmdar Abbasov buna görə nəinki tutduğu vəzifədən uzaqlaşdırılmalıdır, həttda cinayət məsuliyətinə cəlb edilib həbs olunmalıdır.
Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və “Azərişıq” ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib xahiş edirik, insanların həyatına ciddi təhlükə yaradan, dövlət vəsaitini talan edən Zərdab rayon Elektitik Şəbəkəsinin rəisi Səməd Hüseynovun və onun saxta diplomlu müavini Ələmdar Abbasovun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.

Yazını dərc edən zaman məlumat aldıq ki, Zərdab EŞ- nin  rəisi Səməd Hüseynov tutduğu vəzifədən azad edildi.Ümid edək ki, saxta diplomla yüksək vəzifədə olan Ələmdar Abbasovunda barəsində yaxın günlərdə tədbir görüləcək.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
 

Əliyev Qənimət Rza oğlu

Qasımov Camal Hüseyn oğlu

Məmmədova Gülmirə Nazim qızı

Aslanova Sona Baba qızı

Hüseynova Tahirə Mövsüm qızı

Xəlilov Zahid Paşa oğlu

Abdullayev Namiq Fərhad oğlu








 


Paylaş:


Müəllif : Tarix:
12-03-2018, 09:30
  


loading...