X
Əkbər Hacıyev üçün yolun sonu görünür... - İDDİA » Regionxeberleri.com Əkbər Hacıyev üçün yolun sonu görünür... - İDDİA » Regionxeberleri.com

reklam
» » Əkbər Hacıyev üçün yolun sonu görünür... - İDDİA

reklam

Əkbər Hacıyev üçün yolun sonu görünür... - İDDİA

Bu gün “Azəriqaz “-ın problemlər içində çapaladığını demək üçün sadəcə mediada bir monitorinq keçirmək bəs edər! Hələ keçən il mətbuatın yazdığına görə bu qurumda böyük yeyintilər aşkar edilmişdi.
” Azəriqaz”da “Ernst and Young” adlı audit təşkilatının apardığı yoxlama zamanı üzə çıxan çox ciddi yeyintilər və digər məsələlər ortaya çıxmışdı. (yeniçağ.az) “Azəriqaz”a yeni rəhbərlik gələndə islahatlar vəd etdi və öz aləmində bu islahatları keçmiş rəhbərliyin kadrları ixtisar edərək başa vurmuş hesab edib. Teref.info-ya şikayət edən vətəndaşın yazdığına görə artıq “Azərqaz”da ikinci dalğa kadr dəyişimləri başlayıb. Əkbər Hacıyevn 1-ci müavini Ruslan Əliyev artıq öz kadrlarını bütün strukturlarda yerləşdirməyə başlayıb. Bu gün “Azəriqaz”da bütün təyinatları Ruslan Əliyev həyata keçirir.
Məlumatlı mənbənin dediyinə görə 1-ci müavin Bakı şəhəri rayonları üzrə on yeddi qrup rəisini bir gündə dəyişib. Beləliklə Bakı şəhərində bütün əsas nöqtələrdə tam nəzarəti öz əlinə alıb və artıq regionlarda kadrlarını yerləşdirməyə başlayıb. Məlumatlı mənbənin dediyinə görə bu gün Ruslan Əliyevin dəyişdirdiyi kadrların hamısı Əkbər Hacıyevin təyin etdiyi əski kadrlardır. Bu da artıq Ruslan Əliyen qurumda tək söz sahibi olduğunu deməyə əsas verir. Nəzərə alsaq ki, mətbuatda tez-tez Əkbər Hacıyevin tutduğu vəzifədən gedəcəyi barədə məlumatlar gedir,onda Ruslan Əliyevin bu posta artıq hazırlaşdığını fikirləşmək olar! Qarşıdan gələn prezident seçkilərindən sonra bir çox məmurların öz kresloları ilə vidalaşacağı xəbərlərinin fonunda Əkbər Hacıyevində öz kreslosu ilə vidalaşması gözləniləndir.
“Azəriqaz”ın əhaliyə quraşdırdığı smart kartların ömrü nədənsə çox azdır. Məlumatlı mənbənin dediyinə görə çox yerlərdə smart kart sayğaclarının hətta ömrü 4-5 ay belə çəkmir. Çindən alınmış bu keyfiyyətsiz sayğacları deyəsən elə qısa ömürlü olması üçün alıblar. Bu da “Azəriqaz”ın işinə çox yarayır. Çünki, xarab olmuş sayğacları vətəndaşların hesabına dəyişirlər. Normativlərə görə sayğaclar hər beş ildən bir “Azəriqaz” tərəfindən yoxlanılmalıdır. Lakin nədənsə bu yoxlamalardan xəbər-ətər belə yoxdur. Əslində sayğaclar dövlət hesabına dəyişilməlidir. Lakin gördüyümüz kimi qurum onu vətəndaşlarıncibinə yükləyir. Mənbənin dediyinə görə elə günlər olur ki, bir gündə 30 - 40 sayğaç dəyişirlər. Hər sayğacın 213 manat qiyməti olduğunu biləndən sonra, bunun kimlərinsə cibinə gedən milyonlar olduğunu deyə bilərik. Bu gün məhkəmələrdə “Azəriqaz”dan şikayətlər günü-gündən artır. Təkcə Xətai rayon məhkəməsində sayğaçlarla bağlı 40-50 şikayət var. Teref.info


Paylaş:


Müəllif : Tarix:
26-03-2018, 10:40
  


loading...