reklam
» » Qobustan sakinləri Ramiz Rzayevə müraciət etdilər... - QALMAQAL

reklam

Qobustan sakinləri Ramiz Rzayevə müraciət etdilər... - QALMAQAL

AR Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə müraciət edən Qobustan rayon Qaracüzlü kənd sakinləri hüquqlarılnın yerli məhkəmələr və digər şəxslər tərəfindən tapdandığını iddia edirlər. Narazı vətəndaşların müraciətlərinin DİA.AZ-a daxil olan nüsxəsində deyilir:

"İddiaçı olaraq ailələrimiz də daxil olmaqla Qobustan rayon Qaracüzlü kəndində 40 ailəyə verilən 526 ha pay torpaqların digər şəxsə satılmasından verdiyimiz "Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" barədə verdiyimiz kassasiya şikayəti 9 yanvar 2018-də 2(102) 484/18 saylı qərarıilə sədrlik edən hakim Vafəddin İbayev tərəfindən əsassız olaraq təmin edilməyib.

Eyni zamanda vəfat etmiş adamların da adından tərtib edilən belə alqı-satqı müqaviləsi ləğv edilməli idi. İctimai əhəmiyyət kəsb edən belə bir Məsələnin müzakirəsi üçün iş üzrə biz iddiaçıları qəbul etməyi Ali Məhkəmə sədri cənab Ramiz Rzayevdən xahiş edirik".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Biz Plenuma şikayət hazırlayırıq. 5 gündən sonra Dövlət başçısına 40 ailənin müraciəti olacaq ki, bizim hamımız məhkəmələrin ədalətsiz hakimlərinin qərar və qətnamələrinə etiraz ələmati olaraq Azərbaycan Vətəndaşlığından rəsmən imtina edəcəyik".


Paylaş:


Müəllif : Tarix:
30-03-2018, 12:39
  


loading...
Загрузка...