reklam
» » Əli Abbasovun kürəkəni rabitəçilərin üzünə durub

reklam

Əli Abbasovun kürəkəni rabitəçilərin üzünə durub

BANK MÜDİRİ İŞLƏYƏN SEYMUR QULUZADƏNİN İFADƏSİ

MTN-nin dağılması nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyində olan şəxslərin həbsi və məhkəmə prosesləri medianın diqqətindən düşmür. Nazirliyin rəhbərliyinə qarşı irəli sürülən korrupsiya ittihamları nazir Əli Abbasova qarşı çevrilsə də o həbs edilmədi.
Gununsesi.info sabiq rabitə və yüksək texnologilara naziri Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəni Seymur Quluzadənin ifadəsini əldə edib.
“Kapital Bank” ASC-nin Bayıl qəsəbəsində yerləşən 2 saylı şöbəsinin müdiri vəzifəsində işləyən Seymur Quluzadə istintaqa ifadəsində bildirib ki, bununla yanaşı “Virqo” MMC-nin təsisçisidir.
“Mən sabiq rabitə və yüksək texnologilara naziri Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəniyəm”. deyən Seymru Quluzadə əlavə edib ki, “Virqo” MMC-nin əsas fəaliyyəti “TPP” markalı rabitə kabellərinin satışından ibarətdir: ” Əsasən, Belarusiya və Türkiyə Respublikasından kabel gətirirəm. Mən yalnız “Aztelekom” MMC ilə işləmişəm. Digər müəssisələrlə işləməmişəm. Hazırda firma fəaliyyət göstərir. Sonuncu dəfə 2014-cü ilin dekabr ayında kabel gətirmişəm. Kabelləri, əsasən, Belarusiyadan gətirirəm. Cəmi bir dəfə Türkiyə Respublikasından gətirmişəm. Belarusda zavodun adı “BelTeleKabel” adlanır. Rabirə kabellərini həmin zavoddan alıram və Azərbaycana gətirirrəm. Türkiyə Respublikasından isə “ETK Kablo” zavodundan alırdım. Sonuncu dəfə 2014-cü ildən kabel gətirdiyimdə hazırda kabellərin qiymətlərini xatırlamıram. İl ərzində mən 2-3 dəfə kabel idxal etmişəm. Həmin kabelləri də “Aztelekom” MMC-yə vermişəm. Məni bu işə cəlb edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov özü olmuşdur. Vidadi Zeynalov mənə demişdi ki, mənim müəssisəmin hesabına köçürülən ƏDV-li pulu 35 faizi, ƏDV-siz məbləğin isə 40 faizi nəqd qaydada ona təqdim olunmalidir. Eyni zamanda bildirmişdi ki, bura Rabitə Nazirliyində onun tərəfindən müəyyənləşdirilmiş ümumi qaydadır. Vəsaitin isə “Aztelekom” MMC-nin hesabında keçiriləcəyini demişdi. Ona görə qeyd etdiyim kimi vəsaitlər “Aztelekom” MMc-dən köçürülürdü. “Virqo” MMC ilə “Aztelekom” MMC-nin tabeliyində olan Astara, Şəki, Tovuz, Şəmkir, Bərdə, Ağcabədi, Tərtər, Siyəzən, Lənkəran, Goranboy, Neftçala, Salyan, Qusar, Ağdam, Saatlı, Abşeron, Göyçay, Xaçmaz, Sabirabad, Ağstafa, Mingəçevir, Zaqatala TKQ ilə podrat müqavilələri bağlamışam. Həmin müqavilələr əsasında aldığım rabitə kabellərini isə “Aztelekom” MMC-yə təqdim etmişəm. Bu işlərə görə mənə nəxsus “Virqo” MMC-nin hesabına təxminən 1600 000 manatdan çox vəsait köçürülmüşdür. Köçürülmüş vəsaitin təxminən 760 000 manatı nağdlaşdırımışdır. Köçürülmüş pulun 35 faizini, yəni 560 000 manatını nağdlaşdıraraq, birbaşa və ya dolayı yolla Vidadi Zeynalovun özünə vermişəm. Qalan 200 000 manatının 50 000 manatnı audit yoxlaması nəticəsində müəyyən edilmiş cərimə məqsədiylə Vergilər Nazirliyinə və digər gömrük rüsumlarının ödənilməsinə sərf etmişəm. Qalan 150 000 manat isə müəssisənin mənfəti kimi mənə qalmışdır. Vidadi Zeynalova verdiyim vəsaitdən dəqiq bilirəm ki, “Aztelekom” MMC-yə vəsait qalmamışdır. Pulu verməkdə məqsədim Rabitə Nazirlliyindən iş almaq olmuşdur. Çünki onların dediyi qaydada pul verməsəm, mənə hər hansı iş vermirdilər. Ona görə də, köçürülmüş vəsaitin 35 faizni verməyə məcbur idim”.
Nazirin qohumu həmçinin, istintaqa gömrükdən yayınması barədə də etiraflar edib.
“Rəhbərlik etdiyiniz “Virqo” MMC ilə Belarus dövlətinə məxsus “BelTelekabel” və Türkiyə Respublikasına məxsus “ETK Kablo” zavodlarından aldığın avadanlıqların yük gömrük bəyannamələri olub-olmaması haqqında nə deyə bilərsiniz?” sualına Seymur Quluzadə belə cavab verib: “Bildirirəm ki, aldığım kabel yük gömrük bəyanamələri yoxdur. Bələ ki, gömrüyə məxsus olan hazırda adını unutduğum firmanın adına gəlirdi və mən gedib pulumu verib kabelimi alırdım. Sonra isə aparıb “Aztelekom” MMC-yə təqdim edirdim.
O həmçinin, “Aztelekom” MMC və struktur qurumlarının sorğuları əsasında təşkil edilmiş kotirovka və tender sorğularının açılması prosesindən də danışıb: “Mən “Aztelekom” MMC və struktur qurumları əsasında təşkil edilmiş kotirovka və tender sorğuların açılmasında iştirak etmişəm. Sadəcə, təkliflərimi kotirovka sorğusu keçirən təşkilata göndərmişəm. Çünki kotirovkalar formal olaraq, təşkil olunurdi. “BelTelekabel” və Türkiyə respublikasına məxsus “ETK Kablo” zavodlarıidadi Zeynalovun tapşırığına görə, mən elan olunan kotirovkadan qalib çıxırdım. Sənədləri “Aztelekoç” MMC-nin təchizat şöbəsinin rəisi Yaqub müəllimə verirdim. O da kotirovka keçirilən rayona göndərirdi. Mən kotirovka keçirən heç bir telekommunikasiya qovşağında olmamışam”.
“İfadənizdə göstərmisiniz ki, sonuncu dəfə 2014-cü ilin sonunda kabel gətirmisiniz. İş üzrə tərtib edilmiş hesabatlardan görünür ki, 2015-ci ildə “Aztelekom” MMC-dən Ağdam, Qusar, Lənkəran, Siyəzən, Xaçmaz və Şamaxı Telekomunikasiya Qovşaqlarından sizə ümumilikdə 281 min manat vəsait daxil olmuşdur. Bu barədə nə deyə bilərsiniz?” sualna Seymur Quluzadə belə cavab verib: “Bildirirəm ki, 2015-ci ildə mən kabel avadanığı gətirməmişəm. 2015-ci ildə hesabıma köçürülən vəsait əvvəllər “Aztelekom” MMC-yə verdiyim mal-materialların pulları olmuşdur. Əvvəllər vəsaiti tam ödəmədiyinə görə, 2015-ci ildə tam ödəmişlər”.


Paylaş:


Müəllif : Tarix:
23-02-2017, 00:41
  


loading...
Загрузка...