reklam
» » Cavid Qurbanov haqqında ilginc iddialar - Belə deyirlər...

reklam

Cavid Qurbanov haqqında ilginc iddialar - Belə deyirlər...

2003-cü ildə Prezident İlham Əliyev ilk dəfə prezident seçiləndən sonra Nazirlər Kabinetinin iclasında açıq şəkildə bəyan etdi: “Bəzi nazirlər öz işləri ilə məşğul olmaq əvəzinə siyasətlə məşğul olurlar. Bu yol verilməzdir. Kim siyasətlə məşğul olmaq istəyirsə istefa verərək gedib siyasətlə məşğul olsunlar”.

Bu açıqlamadan qısa zaman keçəndən sonra siyasətə həvəsli olan bir neçə nazir istefaya göndərlidi, iki nazir isə həbs edildi. Bundan sonra Azərbaycan siyasətində nazirlər artıq nə işlə məşğul olduqlarını tam anladılar. Amma müəyyən zaman keçəndən sonra dövlət strukturlarında çalşan bəzi nüfuzlu şəxslər media üzərində nəzarəti gücləndirməyə, hətta media maqnatı belə olmağa cəhd etdilər. Bir müddət sonra məmurların bu xəstəliyi də aradan qaldırıldı və hakim komanda da mərkəzləşmə prosesi uğurla sona çatdırıldı.

Ancaq hər gün dəyişən, yeniləşən dünya düzəni deyəsən Azərbaycanda bəzi oliqarx-məmurlar üçün yeni nəfəslik yaratdı. Donald Tramp ABŞ-da prezident seçilən kimi keçmiş nazir Ziya Məmmədovun oğlu Trampla şəklini paylaşdı və cəmiyyətdə belə rəy yaradıldı ki, az qala Donald Tramp ABŞ-la bağlı qərarlarını Ziya Məmmədovla məsləhətləşəndən sonra qəbul edəcək. Görünür Ziya Məmmədovun bir anın içində nəinki ölkədaxili, hətta beynəlxalq siyasətin xaç atası olmaq həvəsi yuxarılar tərəfindən qıcıqla qarşılandı və Azərbaycanın məmur oliqarxlarından biri olan və demək olar ki, özünü toxunulmaz hesab edən Ziya Məmmədov ötən həftə postunu “gülə-gülə” tərk etməli oldu.

Amma buna baxmayaraq nədənsə son zamanlar siyasətə meyl YOLçularda artdı. Bu hal axır vaxtlar həm də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı, Ziya Məmmədovun sabiq dostu və şəriki Cavid Qurbanovda müşahidə olunmaqdadır.

Binəli Yıldırımın “dostu”

Ümumiyyətlə Azərbaycan siyasətində kiminsə, hansısa ölkənin vəzifəli şəxsi ilə dost olması az qala siyasi biznesə çevrilib. İlk belə hadisə açıq şəkildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin azərbaycanlı biznesmen İlham Rəhimovla tələbə yoldaşı olması üzərində quruldu. İlham Rəhimov bu münasibəti qabarıq şəkildə nümayiş etdirməklə Rusiyada həm biznesini inkişaf etdirdi, həm də Azərbaycan siyasətinə açıq şəkildə müdaxilə yolu seçdi. Az qala qeyri-rəsmi olaraq Azərbaycan dövlətinin məsləhətçisi rolunda çıxış edən İlham Rəhimovun cəhdləri sonda uğursuz nikah və ara-sıra verdiyi müsahibələrlə sona çatdı.

Bu gün isə siyasət meydanda görünən və kənarda dost axtaran Cavid Qurbanov faktoru diqqəti cəlb etməkdədir. Türkiyənin siyasi gündəmində Əhməd Davudoğlu mərhələsinin sona çatması Cavid Qurbanovun aktivləşməsi tarixi ilə üst-üstə düşdü. AKP növbəti qrultaya getdi və qurultayda iştirak edənlərdən biri də Cavid Qurbanov oldu. Bunu açıq şəkildə nümayiş etdirən Cavid Qurbanov cəmiyyətdə rəy yarada bildi ki, Türkiyədə formalaşan yeni hökümətə çox yaxındır və bu yaxınlıq Türkiyə ilə Azərbaycan münasibətlərinə daha ciddi təsir edəcək.

Amma apardığımız araşdırmalar sübut etdi ki, AKP-in qurultayı olan zaman Cavid Qurbanov tamam başqa səbəblərdən Türkiyədə imiş və AKP-in qrultayının olacağını bilərək bir-neçə telefon zəngindən sonra qurultay iştirakçısı ola bilib. Yəni Cavid Qurbanov Türkiyəyə məhz qurultayla bağlı getməyibmiş. Sadəcə olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri yaranmış şəraitdən istifadə edə bilib. Bakıda isə bu az qala Cavid Qurbanovun qələbəsi kimi təqdim olundu və növbəti mərhələ də mediyaya açıqlama verildi ki, Türkiyənin yeni baş nairi Binəli Yıldırımla Cavid Qurbanov az qala qan qardaşlarıdır.

Sözsüz ki, bu informasiya da Cavid Qurbanova yaxın çevrədən yayıldı. Əslində isə Binəli Yıldırım baş nazir olmamışdan öncə Cavid Qurbanov kimi dəmir yolları naziri olub və iş prosesində tanışlıq yaranıb. Amma bu o demək deyildi ki, Cavid Qurbanov Kəlbəcərdə Binəli Yıldırıma qovurma, Binəli Yıldırım isə Cavid Qurbanova Erzincanda çiy köftə qonaqlığı verib. Sadəcə olaraq bu kənardan qardaş, dost, himayədar axtarma sindiromunun bu dəfə Cavid Qurbanovda baş qaldırması idi.

Təsadüfü deyil ki, məhz bu tip xəbərlər dövriyyəyə buraxılandan sonra fərziyyələr irəli sürülməyə başlandı ki, Cavid Qurbanov Türkiyə ilə sıx əlaqələrinə, prezidentə sədaqətinə görə vitse-prezident olacaq.

Cavid Qurbanov Ərdoğanı da qabaqladı

Cavid Qurbanovun son bir neçə ayda bu qədər aktivləşməsi, hətta ölkədə baş verən siyasi prosseslərə az qala Mübariz Əhmədoğlundan da çox münasibət bildirməsi sözsüz ki, diqqətdən yayınmır. Cavid Qurbanovun bir anın içində DƏMİRYOLçu yox, politoloq, ekspert olma həvəsinin detallarınl isə, elə detallarla aydınlaşdıracağıq.

İndi isə qayıdaq Cavid Qurbanovun son reaksiyasına. Azərbaycan respublikasının prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirir, Mehriban xanım Əliyeva birinci vitse-prezident təyin edilir. Kifayət qədər ciddi və uğurlu təyinat Azərbaycan və dünya mediasında əsl partlayış yaradır və əksər rəylər müsbət olur. Bu zaman isə təyinata Azərbaycanda ilk reaksiya çox qəribə və gülməlidir ki, Cavid Qurbanovdan gəlir. Bu əslində siyasi etik qaydaların pozulması və uyğunsuzluğudur. Hətta dünya liderləri, o cümlədən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanda Cavid Qurbanovu qabaqlaya bilmir. Cavid Qurbanovun artıq bu səviyyədə məsələlərə reaksiyası, fikir bölüşməsi onun siyasi iddiasını və özü haqqında yaratdığı mifi idarə edə bilməməsini sübut edir.

Dəmiryol şefinin media kralı olma həvəsi

Bir ingilis Ağ Evə gələrək ABŞ prezidenti Avraam Linkolnun öz çəkmələrini təmizlədiyini görüb soruşur:

- Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?

- Əlbəttə... yoxsa siz başqalarının çəkməsini təmizləyirsiniz?

Bu misalı elə-belə çəkmədik. Ona görə çəkdik ki, bu gün özgə çəkmələrini təmizləmək, hətta özgə çəkmələrini geyinmək həvəsi nədənsə tez-tez baş qaldırır və bunun ağır nəticələrini həbsə atılan nazirlərdən tutmuş, cəmiyyətdə beş köpüklük edilmiş siyasilərin simasında gördük. Bu gün isə yenə də özgə çəkmələrini geyinməyə həvəs müşahidə olunur və bu media sahəsində daha qabarıq şəkildə diqqəti cəlb edir. Söhbət bəzi məmurların media üzərində nəzarət yaratmaq, özünə yaxın media qurumları təsis etməkdən gedir. Bir neçə il öncə dövlət məmurlarına bu yasaq edilmişdi və bu yasaqdan sonra hakimiyyətdaxili kompromat savaşı sıradan çıxmışdı. İndi isə Cavid Qurbanovun simasında medianın yeni “dostunu” görməyə başlamışıq.

P.S. Cavid Qurbanovun Kəlbəcər də başda olmaq o bölgənin ağsaqqalı kimi təqdim olunma ştrixləri, media üzərində söz sahibinə çevrilmə həvəsi haqqında növbəti yazıda. Bizi izləyin...(AzToday.az)


Paylaş:


Müəllif : Tarix:
23-02-2017, 15:30
  


loading...
Загрузка...