reklam
» » “Pokrov Məhərrəm” yenidən həbs edilib

reklam

“Pokrov Məhərrəm” yenidən həbs edilib

Moskva vilayəti İstra rayon məhkəməsi azərbaycanlı iş adamı Məhərrəm Quliyev (Pokrov Məhərrəm) barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.

 O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsilə (dələduzluq) ittiham edilir.

Hüquq-mühafizə orqanlarından Rusiya KİV-ə sızan məlumatlarda deyilir ki, Quliyevə istintaq müddətində çoxlu suallar ünvanlana bilər. Çünki o, Moskvanı meyvə-tərəvəzlə təmin edən ən böyük fiqurlardandı.

“Rosbalt”ın məlumatına görə, Məhərrəm Ağbaş Çingiz və Sabirabadlı Hikmət kimi nüfuzlu “qanuni oğru”larla əlaqə yarada bilib. Daha sonra isə Rövşən Lənkəranskiylə münasibət yaradıb.


Paylaş:


Müəllif : Tarix:
14-04-2018, 23:14
  


loading...
Загрузка...