X
Səlim Müslümovun əməkdaşlarının cinayət əməlləri ifşa olundu-ŞİKAYƏT » Regionxeberleri.com Səlim Müslümovun əməkdaşlarının cinayət əməlləri ifşa olundu-ŞİKAYƏT » Regionxeberleri.com

reklam
» » Səlim Müslümovun əməkdaşlarının cinayət əməlləri ifşa olundu-ŞİKAYƏT

reklam

Səlim Müslümovun əməkdaşlarının cinayət əməlləri ifşa olundu-ŞİKAYƏT


RegionXeberleri.com-a Ucar rayonu Qazqumlaq kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Abdullayev Rahib Hüsey oğlu tərəfindən şikayət məktubu daxil olub. Qarabağ müharibəsi qazisi Rahib Abdullayev ona qarşı edilmiş saxtakarlıq cinayəti barədə mətbuat vasitəsi ilə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və  Əmək və Əhalinin Sosial Müdafisəi naziri Səlim Müslümova müraciət ünvanlayır.Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik;

"Bu müraciətimdə yazıb Sizə bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bizi aldadıb dövlətin ayırdığı pulu mənimsəyir. Belə ki, mən Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb əlil olduğum üçün dövlətimizin qanunlarına əsasən mənə yaşadığım Ucar rayonu Qazqumlaq kəndində dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edildi.Həmin mənzilin tikintisinə 2017-ci ilin mart ayında başlanıldı və həmin ilin dekabr ayında mənim istifadəmə verildi.Buna dair mənə sənəd təqdim edildi.Həmin evin inşası üçün 60.000 manat pulun ayrıldığı bildirilsədə gözlə görünən budur ki. burada küllü miqdarda talançılığa yol verilib.Nəticədəd də hələ yaşamağa başlamadığımız ev sökülüb dağılır.Evin qapıları. pəncərələri əyilib, Tikinti işləri tamamlanmayıb.Qaz-İşıq çəklilməyib.Bütün bunlara baxmayaraq həmin evi mənim istifadəmə verib çıxıb gediblər.Bu evdə isə yaşamaq qeyri mümkündür.Buna görə hazırda ailəmlə birlikdə kirayədə yaşayıram.

Mən Azərbaycan Respublikasının suverenliyi və Qarabağ torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb əlil olmuşam.Dövlət Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin qayğısına qalır buna görə büdcədən vəsait ayrılır. Ancaq bu vəsaiti talan etmək üçün min- bir saxtakarlığa əl atan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin korrupsioner əməkdaşları məni və mənim kimi çoxlusayda əlili hökumətdən narazı salmaq istəyirlər.Mən  isə bilirəm ki, burada dövlətin heç bir günahi yoxdur.Qarabağ müharibəsi əlillərinə evlərin tikilməsi üçün dövlət pul ayırır bundan tam razıyam, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək vəzifəli əməkdaşları bu pulun böyük hissəsini talan etdikləri üçün evim yarımçıq istifadəyə verilmişdir.Bu dövlətə qarşı cinayət və Qarabağ müharibəsi əlilinə qarşı təhqqirdir.Mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya  və Əmək və Əhalinin Soisal Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edirəm.Sizdən xahiş edirəm dövlətin ayırdığı vəsaiti talan edib  Qarabağ müharibəsi əlilinə evi yarımçıq tikib istifadəyə vermiş cavabdeh məsul vəzifəli şəxslər barəsində ciddi tədbirlər görəsiniz".

 RegionXeberleri.com









 



Paylaş:


Müəllif : Tarix:
18-04-2018, 00:32
  


loading...