reklam
» » Göyçaydan şikayət var "Həyatımız ciddi təhlükə altındadır"

reklam

Göyçaydan şikayət var "Həyatımız ciddi təhlükə altındadır"


 
RegionXeberleri.com-a Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən şikayət məktubu daxil olub.Narazı sakinlər üzləşdikləri qanunsuzluqla bağlı mətbuat vasitəsi ilə aidiyyatı orqanlara müraciət edib kömək istəyirlər. Şikayətdə deyilir;
 
"Bu şikayət ərizəmizdə yazıb Sizə bildirirk ki, yaşadığımız evlər, həyat və sağlamlığımız ciddi təklükə altındadır.Belə ki, Göyçay rayon sakini Aydın adlı şəxs 59 ailənin evləri olan yaşayış massivində su arxının və böyük qaz borusunun üzərində böyük bir bina inşa etdirir ki,bu qanunsuzluqdur. Bu tikintinin altında qalan qaz borusunda hər an qəza baş verə bilər ki, nəticədə yaxınlıqda yaşayan insanların həyat və sağlamlıqlarına ciddi ziyan dəyə bilər. Həmçinin həmin bina 59 ailənin istifadə etdiyi su arxının üzərində inşa edilir.Gələcəkdə şadlıq evi kimi istifadə ediləcək həmin tikinti evlərə bitişik inşa edilir.Bütün hallarda həmin ərazidən bina inşa etdirilməsi ciddi qanun pozuntusudur.Hər vaxt baş verə biləcək fövqəladə hadisəyə görə məsuliyyət bir başa bu binanın tikintisinə razılıq verən vəzifəli şəxslərin üzərinə düşəcək. Olsun ki, bu binanın qaz borusunun və su arxının üzərində inşa edilməsindən aidiyyatı qrumların xəbəri yoxdur.
                                                                                                                                                                      "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarına zidd olan bu tikintiyə icazə verən vəzifəli şəxslərin əməllərində cinayət tərkibi var.
 
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş Nazir cənab Artur Rəsizadədən , Ekologiya və Təbi Sərvətlər Naziri cənab Muxtar Babayevdən, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovsan xahiş edirik 59 ailənin evinin yerləşdiyi Cəyirli kəndində yerləşən yaşayış. massivindəki böyük qaz borusunun və su arxının üzərində inşa edilən binanın tikintisinin dayandırılmasına tapşırıq verib qanuna müvafiq təcili ciddi tədbirlər görəsiniz..
                                                                                                                                                                    İmza; Göyçay rayonu Cəyirli kənd sakinləri

Rəhimov Nazim Əhməd oğlu (050) 357-98-88
Rzayev Rövşən Eldar oğlu (050) 683-88-73
Abışıov Abdulla Abış oğlu (055) 245-08-10
Abışıov Maarif Məhəmməd oğlu (050) 525-36-77
Qafarov Samir Qəfər oğlu 2- ci qrup əlil
Əliyev Famil Yolçu oğlu (050) 351-53-08
Əliyev İlkin Famil oğlu
İslamov Musa Şəmi oğlu (050) 735-24-85
İsmayılov Əbülfət Sədiyar oğlu
Feyzullayev Teymur Abdurahman oğlu 2-ci qrup əlil
Ağamalıyev İlkin Qurbanəli oğlu
Nəsirov Ceyhun Nəsrəddin oğlu
Abışov Şöhrət Ağasən oğlu                                                                                                                                     Nəsirov Vüqar Mirələm oğlu                                                                                                                                      Şıxəliyev Yamin İsmayıl oğlu
 
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq...

RegionXeberleri.com



 




Paylaş:


Müəllif : Tarix:
15-05-2018, 08:40
  


loading...