X
SƏMƏD SEYİDOVU AVROPADAN QOVDULAR! – Şok! » Regionxeberleri.com SƏMƏD SEYİDOVU AVROPADAN QOVDULAR! – Şok! » Regionxeberleri.com

reklam
» » SƏMƏD SEYİDOVU AVROPADAN QOVDULAR! – Şok!

reklam

SƏMƏD SEYİDOVU AVROPADAN QOVDULAR! – Şok!

Avropa Şurası Parlament Assambleyası (AŞPA) korrupsiyada şübhəli bilinən deputatlar barәdә sanksiya qәrarı verib. AzPolitika.info-nun məlumatına görə, bu barədə AŞPA-nın Almaniyadan olan deputatı Frank Şveyb öz “Facebook” səhifəsindən məlumat yayıb.

Məlumatda bildirilir ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə bəzi deputatların korrupsiyaya bulaşmasına dair cox ciddi siqnallar daxil olub. Buna görə də, AŞPA-da Azərbaycanla bağlı korrupsiyanı araşdıran müstəqil komitə Səməd Seyidov başda olmaqla 4 deputatın – Aqramunt, Preda və Xuclanin mandatının 2 ildən 10 ildək dondurulması barədə sanksiya qərarı verib.
Bundan əlavə onların başqa Avropa strukturlarında təmsilçiliyinə də qadağa qoyulduğu bildirilir.

Komitənin qərarı yekun deyil. Daha ətraflı rəsmi məlumat sabah yayılacaq.


Paylaş:


Müəllif : Tarix:
15-05-2018, 22:57
  


loading...