Seçiciləri deputatı “əldə çıraq gəzir”... - İTTİHAM » Regionxeberleri.com Seçiciləri deputatı “əldə çıraq gəzir”... - İTTİHAM » Regionxeberleri.com

reklam
» » Seçiciləri deputatı “əldə çıraq gəzir”... - İTTİHAM

reklam

Seçiciləri deputatı “əldə çıraq gəzir”... - İTTİHAM

Xızıdan reportaj hazırlayarkən sakinlərin laqeydliyindən gileyləndiyi şəxslər arasında deputatları da var idi. Onlar Hacı Salayevin üzünü görmədiklərini deyirdilər.

Biz də AzEuroNews.com olaraq sakinlərin sosial problemlərini və millət vəkilindən narazılıqlarını reportajda təqdim etmişdik.

► MTN-də hərbi xidmət və zabitlik yolu…

Təşəkkür məktubu yollayan xızılı oxucularımız yazırlar ki, tənqidlərdən sonra H.Salayevin nəticə çıxaracağını gözləyirdilər. Amma deputat “tükünü tərpətməyib”.

Bunun səbəblərinə baş vurmaq üçün 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat olan H.Salayevin nə ilə məşğul olduğunu araşdırmağımızı xahiş ediblər.

Xızılı oxucular sual edirlər ki, necə olur deputat Qənirə Paşayeva, Fəzail Ağamalı və yaxud Adil Əliyevə seçiciləri müraciət edəndə reaksiya verirlər, görüşürlər, H.Salayev isə həmkarlarından fərqli olaraq saymazlıq nümayiş etdirir?!

Onların bu istəyi üzərindən apardığımız araşdırmalar meydana maraqlı detalları üzə çıxarıb…

Salayev Hacı Hacı-Baba oğlu 28 iyun 1968-ci ildə Sumqayıtda anadan olub. 1991-1996-cı illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat birliyinin “Şəbəkə” filialının direktoru vəzifəsində çalışıb.

Sonra bu şəbəkədən ayrılaraq başqa bir “şəbəkə”yə qoşulub. O, (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində) həqiqi hərbi xidmətdə olub.

Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək ucalıb.Ehtiyatda olan polkovnik rütbəli zabitdir.

Ehtiyata buraxıldıqdan sonra “TRUST” Mühafizə Şirkətinin Baş direktoru, İdarə Heyətinin Sədri vəzifəsində çalışıb.

Sonra onun parlamentə yolu açılır və H.Salayevə “yaşıl işıq” yandırılmasında ehtiyatdakı zabiti olduğu MTN-nin dəstəyi əsirgənmir.

Azərbaycanın yerli elektron mediasının əksəriyyətində tirajlanmış xəbərlərdə iddia olunub ki, onun mandata əlinin çatmasında MTN rəhbərliyinin rolu olub.

Əlbəttə, o zaman Eldar Mahmudovun çoxspektrli şəbəkəsində media emissarlarından tutmuş siyasətçilər, iqtisadçılar, deputatlar, ictimai fəallar var idi.

►Çingiz Əsədullayev, İqbal Ağazadə və…

MTN-nin demontajından sonra E.Mahmudova yaxın şəbəkənin kod adları de-şifrə olunmağa başladı.

Məlum oldu ki, təhlükəsizlik şefinin qrupundan mandat sahibi olanlar var. Onların adları gizlədilmədi: Çingiz Əsədullayev, İqbal Ağazadə, Rüfət Quliyev, Malik Həsənov və Hacı Salayevin adı çəkilirdi.

Yalnız ilk ikisi parlamentdən məhrum edildi. Media yazırdı ki, İ.Ağazadə Milli Məclisə buraxılmadı, Ç.Əsədullayevin isə mandatına xitam verildi.

Digərləri isə təhlükə sovuşduqdan sonra dərindən nəfəs alıb işlərini davam etdilər. O zaman H.Salayevin mandatı ləğv olunma riski altındaydı.

Amma biznesmen millət vəkili MTN olaylarında hər hansı məsuliyyəti və günahı olmadığını sübut edə bildi, fövqəladə hallar naziri Kamaləddin Heydərovun qanadı altında etimadı doğruldaraq hakimiyyətin qəzəbinə tuş gəlməkdən sığortalandı.

Həqiqətən də ehtiyatda olan MTN zabiti E.Mahmudova yaxın olduğu deyilsə də, generalitetin qanunsuz işlərində iştirakı olmamışdı. Amma növbəti seçkidə parlamentə buraxılacağı gözlənilmir. Səbəbi məlumdur…

Ona görə də E.Mahmudov siyahısından parlamentə düşmüş H.Salayevin qüdrəti, özünə arxayınlığı onun seçiciləri ilə arasında körpüləri çoxdan yandırıb.

Bu baxımdan Xızı, eləcə də Sumqayıt camaatının biznesmen deputatından hər hansı diqqət gözləməsi sadəlövhlük olardı.

Çünki fəaliyyətində prioritet parlament yox, biznesdir: İsmayıllıdakı çörək zavodundan tutmuş Bakıda otel, şirkətlərə qədər…

►AST Telmanla qohumluq

Xatırladaq ki, H.Salayevin iki oğlu var. Deputatın “Lake Palace” otelini oğlu Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs idarə edir. “Xəzər” çörək zavodu da Ayazın nəzarətindədir.

H.Salayevin oğlu Kənan “AST” Telmanın qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohumluq deputatı daha da varlandırıb.

K.Salayev “AzerGold” QSC-nin Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiridir.

Qardaşı Turqut Salayevin adı isə tez-tez 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınlarla şəhərdə şütüməsində keçir.

Əslində, deputatın həm MTN, həm biznes məsələləri mətbuatda geniş şəkildə işıqlandırılıb.

Sadəcə, xızılı oxucular öz deputatına görə “narahat” olduqları üçün H.Salayevin fəaliyyət dosyesini onlara təqdim etdik ki, əllərini millət vəkilindən üzsünlər…

►►► Bununla belə, H.Salayevdən geniş müsahibə almağa, onun haqqında mediadakı məlumatlara aydınlıq gətirməsinə, ictimaiyyət önünə saytımızın tribunasından çıxmasına şərait yaratmağa hazırıq.


Paylaş:


Müəllif : Tarix:
19-05-2018, 10:50
  


loading...