X
Bu gün ABŞ-ın hədəfi olan ölkə prezidentini seçir » Regionxeberleri.com Bu gün ABŞ-ın hədəfi olan ölkə prezidentini seçir » Regionxeberleri.com

reklam
» » Bu gün ABŞ-ın hədəfi olan ölkə prezidentini seçir

reklam

Bu gün ABŞ-ın hədəfi olan ölkə prezidentini seçir

Bu gün Venesuelada prezident seçkisi keçirilir.

Ölkə növbəti 6 il üçün prezidentini və siyasi kursunu müəyyənləşdirəcək.

Seçkidə 4 namizəd iştirak edir: hazırkı prezident Maduro, müxalif Enri Falkon, mühəndis Reynaldo Kixada və keçmiş rahib Haver Bertuççi.

Ölkənin əsas müxalif qurumlarının birləşdiyi “Demokratik Birliyin Dəyirmi Masası” seçkilərə qatılmayıb və ölkə əhalisini seçkiləri boykot etməyə çağırıb.

Sosioloji sorğulara görə, əsas rəqabət Maduro və Falkon arasında gedəcək.

“Hinterlaces”in keçirdiyi sorğuya əsasən, Maduronun reytinqi 48, Falkonun 31 faizdir. 14 faiz isə Bertuççiyə səs verəcəyini deyib.

“Datanalisis” şirkətinin keçirdiyi sorğuda isə Maduronu seçicilərin 34, Falkon isə 41 faizi dəstəkləyib.

Qeyd edək ki, seçkilər neftin qiymətinin ucuzlaşması ilə Venesuelada çox böyük iqtisadi çətinliklərin yaşandığı, 3 il ərzində inflyasiyanın 13.000 (2014-2017-ci illərdə) faiz olduğu və ABŞ sanksiyalarının tətbiq edildiyi məqamda keçirilir.


Paylaş:


Müəllif : Tarix:
20-05-2018, 09:24
  


loading...