İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü - FOTOLAR » Regionxeberleri.com İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü - FOTOLAR » Regionxeberleri.com

reklam
» » İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü - FOTOLAR

reklam

İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü - FOTOLAR

“Adı müxtəlif qanun pozuntularında hallanan Gədəbəyin icra başçısı Ramiz Yediyarovun əməllərinə yeni təyin edilmiş nazirlərin qiymət verməsi vacibdir”. AzEuroNews.com xəbər verir ki, bu barədə rayon sakinləri saytımıza göndərdikləri məktubda yazıblar.
Onların sözlərinə görə, əhaliyə kütləvi şəkildə veteranlıq statusunun satılması barədə yazılanlardan sonra Ramiz Yediyarov pay torpaqlarında kütləvi tikinti işləri aparır: “Əsasən rayon sakini olmayan, imkanlı şəxslərə pay torpağında villalar tikdirmələrinə şərait yaradan Ramiz Yediyarov şəkildə gördüyünüz bu torpaq sahəsini də özü üçün mülk tikdirmək məqsədilə hasarlayıb. Bu torpaq sahəsi Slavyanka kənd qəbirstanlğından bir qədər yuxarı, əkin sahələrinin ortasındadır.
Bu adam qanunlara o qədər sayğısızdır ki, hətta rayon bazarını da pay torpağında heç bir sənədləşmə aparmadan tikdirib. Bu gün həmin bazarın zir-zibili ətrafdakı əkin sahələrinə yayılır. Bu baxımdan yeni kənd təsərrüfatı naziri İnam Kərimovun rayona təşrif buyurub bu 2 faktı araşdırması kifayətdir ki, Ramiz Yediyarovun bu sahədə törətdiyi cinayət kələfinin ucunu ələ keçirsin. Əgər saxta veteranlıq dövləti uzunmüddətli qanunsuz maliyyə yükü altına salırsa, pay torpaqlarının bu cür talanması əhalinin qida təhlükəsizliyini təhlükəyə salır. Bu baxımdan yeni nazirin Gədəbəylə maraqlanması çox vacibdir”.
Mövzu ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək alınmayıb.


Paylaş:


Müəllif : Tarix:
26-05-2018, 11:09
  


loading...