reklam
» » Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında kim dayanır? - İlginc iddialar

reklam

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında kim dayanır? - İlginc iddialar


 "Son günlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında kimin dayandığı məlum olub. Belə ki bu sahəyə yad olan və tamamilə başqa sahədə çalışan yeni nazir Sahil Babayev özünün müavini Mətin Kərimlinin diktəsi ilə bu islahatları həyata keçirməkdədir. Kənd təsərrüffatı naziri İnam Kərimovun qardaşı olan M. Kərimli keçmiş nazir Səlim Müslümovun vaxtında onunla hesablaşmayan kadrları peşəkar olub-olmamasına baxmayaraq işdən kənarlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir. Qeyd edək ki Sahil Babayev həm də İnam Kərimovla bir yerdə təhsil alıb və bu münasibət M. Kərimlinin də nazirlikdə aparıçı mövqe qazanmasına gətirib çıxarıb. Kərimli artıq nazirlikdə əsas söz sahibinə çevrilib. İşin mənfi cəhəti odur ki Kərimli özü də sosial müdafiə sahəsinə yad insandır və Səlim Müslümovun vaxtında nazir müavini vəzifəsi qazanan bu şəxs kollektivə nüfuz edə bilməyib və özünü hamıdan yuxarı aparması ilə ad çıxarıb". Bu barədə DİA.AZ-a daxil olan məqalədə deyilir. Daha sonra bildirilir:

"1979-cu ildə anadan olan Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.
2003-2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və hazırda ehtiyatda olan baş leytenantdır. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2017-2018-ci illərdə Bakı Ali Neft Məktəbinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təşkil etdiyi proqramda iştirak edərək Layihə Menecmenti üzrə Master Sertifikatı almışdır. Eyni zamanda, 2018-ci ilin yanvar ayında ABŞ-ın Layihə Menecmenti İnstitutunun “Project Management Proffessional” beynəlxalq sertifikasiyasından keçmişdir.
1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından bu vaxta qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyininin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 280 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Burdan da göründüyü kimi Kərinmli sosial müdafiə sahəsinə bağlı adam olmayıb və bu sahədə iş təcrübəsinə də malik deyil. Son dəyişikliklərdən sonra mövqelərini gücləndirən nazir müavini hazırda ƏƏSMN-də bütün proseslərə nəzarət etməkdədir. Sosial müdafiə sahəsində təcrübəyə malik digər nazir müavinləri-İlqar Rəhimov-İdris İsayev və Natiq Məmmədov isə oyundankənar vəziyyətə salınmaqdadır. Hazırda nazirliyin aparatında qalıb işləmək istəyən şəxs mütləq nazir İnam Kərimovun qardaşı Mətin Kərimli ilə dil tapmalıdır".

 Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)


Paylaş:


Müəllif : Tarix:
1-06-2018, 09:40
  


loading...
Загрузка...