reklam
» » İcra hakimiyyətinin saytı, yoxsa Hacıbala Abutalıbovun şəxsi bloqu? - FOTO

reklam

İcra hakimiyyətinin saytı, yoxsa Hacıbala Abutalıbovun şəxsi bloqu? - FOTO

2018-ci il, aprelin 21-dən etibarən Hacıbala Abutalıbov baş nazirin müavini vəzifəsinə gedərək, Bakı şəhərini başsız qoyub.

Bu ilin aprel ayında prezident İlham Əliyevin sərəncamı ilə o, tutduğu vəzifədən azad edilərək, eyni gündə baş nazirinin müavini təyin olunub.

Sərəncama görə Hacıbala Abutalıbov Bakının meri deyil, ancaq Bakı şəhər icra hakimiyyətinin rəsmi saytı belə demir.


 BŞİH-nin rəsmi saytına girdikdə İH-nın başçısı bölməsində Hacıbala Abutalıbovun sosial şəbəkədə məşhur olan “10 dəqiqə bax eviniz sökülsün” şəkilini görürük.

Saytın xəbərlər bölməsində cəmi 13 mətn var. İlk xəbər 2011-ci ildə, sonuncu xəbər isə 2015-ci ildə qoyulub.
Xəbərlər bölməsinə baxanda elə təəssürat yaranar ki, sayt 3 ildən çoxdur ki, fəaliyyət göstərmir. Ancaq bu belə deyil.

“İH-nın başçısı” bölməsində prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamını gördükdə aydın olur ki, sayt fəaliyyət göstərir. Ancaq qurumun internet ünvanı yalnız Hacıbala Abutalıbova aid məsələlərdə işləyir.

Bu bölmədə diqqət çəkən daha bir məsələ isə, Hacıbala Abutalıbovun 28 fevral 1995-ci ildə Heydər Əliyev tərəfindən Suraxanı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncamdır. Şəhər meriasının saytını bloqu kimi işlədən Hacıbala Abutalıbov haqqında eyni bölmədə daha bir fərman var:

Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Sərəncam 20 iyul 1999-cu ildə Heydər Əliyev tərəfindən verilib və bu sərəncamın BŞİH-nin İH-nın başçısı bölməsinə yerləşdirilməsində heç şübhəsiz “Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı H.İ. Abutalıbovun işi təqdirəlayıq hesab edilsin”.

Özünün arxivini yaradan Abutalıbov 2000-ci il, yanvarın 17-də Baş nazirinin müavini təyin edilməsi haqqında sərəncamını da BŞİH rəsmi saytına yerləşdirib.

Saytda Heydər Əliyevin onu Bakı meri təyin etməsi ilə bağlı sərəncamı da yer alıb.

 Hacıbala müəllim, bu sərəncamı saytda yerləşdirtdiyi halda, nədənsə 21 aprel 2018-ci il tarixində vəzifədən azad edilməsi barədə sərəncamı bura qoymayıb. Bunun əvəzində Baş nazirin müavini təyin edilməsi haqqında məlumatı saytda görə bilərsiniz. Bəlkə də Hacıbala Abutalıbov hələ də özünü mer hesab edir. Bakıya məhəbbətin qüdrəti bu olsa gərək.

Özünə vurğunluğun pik həddi isə saytdakı “Fərman və Sərəncamlar” bölməsindədir. Belə ki, bu bölmədə ancaq “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı”nın təsdiq edilməsi haqında AR prezidentinin sərəncamı”, “H. İ. Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında fərman” və “H. İ. Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman” var.

Digər rayonların saytlarına baxdıqda, keçmiş icra baçılarının təyin edilməsi haqqında fərman və sərancamları görə bilərik. Ancaq Hacıbala Abutalıbov mənəm, məndən yoxdur, mən, mən, mən prinsipi ilə hərəkət edib. Nə özündən əvvəlki merləri tanıyır, nə də özünün getməsi ilə razılaşır.

Hacıbala Abutalıbovun videobloqqerliyinə isə bir quş. Saytdakı bütün video xəbərlər Yutubdan silinib. Biri Hacıbala müəllimə desəydi ki, Yutubdan pul qazanmaq mümkündür, bəlkə də belə olmazdı.

 Saytda bəzi bölmələr var ki, ümumiyyətlə adı var, özü isə yoxdur. Bunlara misal kimi “Poçt və Rabitə”ni göstərə bilərik.
  


Yaşadığımız dövrü internet əsri adlandırırlar, realda Hacıbala Abutalıbov mer olmasa da, internet aləmində merliyinə davam edir. Bəlkə də Hacıbala Abutalıbov Matriksdir? 


Paylaş:


Müəllif : Tarix:
5-06-2018, 17:06
  


loading...
Загрузка...