reklam
» » Şamaxıda insanlar qorxuda: 4 kəndlə əlaqə kəsildi – VİDEO

reklam

Şamaxıda insanlar qorxuda: 4 kəndlə əlaqə kəsildi – VİDEO

 Şamaxıda yeni sürüşmə zonaları yaranıb.ARB TV xəbər verir ki, asfalt örtüyünün sürüşməsi yolun bir hissəsini bağlayıb, nəticədə 4 kəndin rayonla əlaqəsi çətinləşib. 1 həftədir yağan güclü leysan yağışlarından sonra Şamaxı-Qızmeydan avtomobil yolunda yeni sürüşmə zonaları yaranıb. Yolun 2 hissəsində yenidən baş verən uçqun nəticəsində asfalt örtüyü 5 metr dərinliyində çöküb. 40-50 metrdən artıq ərazini əhatə edən sürüşmənin baş verdiyi yodla iri çatlar əmələ gəlib və avtomobillərin işi çətinləşib.

Təbriz Soltanov (sürücü): “1-2 həftə bundan qabaq gəlmişdim, sürüşmə az idi. Bu gün gəldim, sürüşmə artıb. Bir 30-40 metr var sürüşmə. Bir maşın keçməyə yol yoxdu sürüşməyə görə”.

Yolun kənarında olan daş maneələr də torpağın altında qalıb. Uçqunların sərt döngələrdə baş verməsi isə sürücülər üçün daha ciddi təhlükə yaradıb. Xüsusilə gecə saatlarında vəziyyət daha da çətinləşir.

Rizvan Maniyev (sürücü): “Yağdıqca sürüşmə daha da artır. Asfalt örtüyü tamam gedib. Görmək olmur. Yol aşıb, gələndə az qalırsan, girəsən çalaya”.

Samir Şirəliyev (sürücü): “Günü-gündən sürüşmə artır, ağır maşınla çıxmaq olmur. Balaca maşınla yenə gediş-gəliş var. Biz çox çətinlik çəkirik, qorxuruq. Yükümüz ağır olur həm də. Adam deyir, bu dəqiqə asfalt uçar, qalarıq bədbaxt gündə”.

Sürüşmənin getdikcə daha böyük məsafəni əhatə etməsi, uçqunların miqyasının böyüməsi yolun daralmasına səbəb olur. Hazırda sürüşmə aktiv fazadadır, yağışlar davam edərsə, yol tamamilə bağlana bilər.






Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 23:15
  


loading...
Загрузка...