reklam
» » Direktor müavini sözünü geri götürdü - Qalmaqalın sonu

reklam

Direktor müavini sözünü geri götürdü - Qalmaqalın sonu

Son aylar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynovla İnstitut arasında anlaşılmazlıq yaranıb.

Regionxeberleri.com Yenicag.az-a istinadən xəbər verir ki, İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli mətbuatda Səbuhi Hüseynov haqqında söylədiyi “Təxribat törətmək istəyən qüvvələrə işləməsi” ifadəsinin doğru olmadığını bildirərək, Səbuhi Hüseynova qarşı bu ifadədən imtina etdiyini bildirib.

Bundan başqa, İnstitutun direktoru Maisə Rəhimova da Səbuhi Hüseynov və onun həyat yoldaşı Gülüstan İsayevanın kadrlar şöbəsindən heç bir sənəd götürmədiyini, belə bir hadisənin baş vermədiyini təsdiqləyiblər: “Bununla da, bu ittihamdan da imtina edildiyini rəsmi olaraq bildiririk. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyaları Qarabağda geniş arxeoloji qazıntılar aparır və qərara alınır ki, bu ekspedisiyaların işinə bu ildən daha da güclü dəstək veriləcək”.

Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov Qarabağda arxeloji qazıntılar aparılmaması ilə bağlı saytımıza tənqidi müsahibə vermişdi. Buna qarşılıq olaraq isə İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli Səbuhi Hüseynovu təxribatçı adlandırmışdı.


Paylaş:


Müəllif : Tarix:
13-06-2018, 11:22
  


loading...
Загрузка...