X
“O Tuncay mən deyiləm”- Vidadi Bərdəlinin qardaşı oğlu həbs xəbərindən danışdı » Regionxeberleri.com “O Tuncay mən deyiləm”- Vidadi Bərdəlinin qardaşı oğlu həbs xəbərindən danışdı » Regionxeberleri.com

reklam
» » “O Tuncay mən deyiləm”- Vidadi Bərdəlinin qardaşı oğlu həbs xəbərindən danışdı

reklam

“O Tuncay mən deyiləm”- Vidadi Bərdəlinin qardaşı oğlu həbs xəbərindən danışdı

Xatırladaq ki, iki gün öncə mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Bərdəlinin həbs olunması ilə bağlı ölkə mediasında xəbərlər yayılıb.
Regionxeberleri.com UlduzumSan.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı qaynarinfo-ya danışan mərhum müğənninin qardaşı oğlu Tuncay Vaqif oğlu Vəliyev yayımlanan xəbərlərdə səhvən onun fotolarının da verildiyini bildirərək, nüfuzuna xələl gətirildiyini söyləyib:
“O Tuncay mən deyiləm. Əmimin bir oğlu var, onun da adı Vəliyev Tuncaydı, mənim də. Yayımlanan xəbərlərin əksəriyyətində onun şəkillərindən çox mənim şəkillərimi paylaşıb və guya saxlanılan şəxsin də mən olduğumu yazıblar. Eşidən, bilən hamı mənə zəng edir. Bu, mənim adıma, sanıma, sənətimə də ləkə gətirir. Bütün xəbər saytlarından xahiş edirəm ki, yayımlanan xəbərlərdə fotoların yanlış getdiyi ilə bağlı məlumat dərc etsinlər. Öncədən hər kəsə təşəkkür edirəm”.
Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyev
Vidadi Bərdəlinin qardaşı oğlu, Tuncay Vaqif oğlu Vəliyev


Paylaş:


Müəllif : Tarix:
13-06-2018, 15:41
  


loading...