reklam
» » DTX Eldar Mahmudovun dəstə üzvlərindən şikayətləri araşdırıb - POLKOVNİK FÜZULİ ƏLİYEVİN DAHA BİR CİNAYƏTİ

reklam

DTX Eldar Mahmudovun dəstə üzvlərindən şikayətləri araşdırıb - POLKOVNİK FÜZULİ ƏLİYEVİN DAHA BİR CİNAYƏTİ

Sabiq MTN rəhbəri Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin üzvlərinin məhkəmə prosesi davam edir. MTN-nin dağılmasından 1 ildən artıq zaman keçməsinə baxmayaraq, hələ də ictimaiyyət bu şəbəkənin törətdiyi qanunsuzların şokunu yaşayır.
Gununsesi.info-ya daxil olan sənədlərdə məlum olub ki, Baş Prokurorluqla yanaşı həm də Dövlət Təhlükəsizlik Xidməti də MTN-də çalışmış bu adamlarla bağlı araşdırmalar aparıb. Həmin araşdırmalar DTX-ya edilən şikayətlər əsasında aparılıb və həmin şikayətlərdə qeyd edilənlər təsdiqini tapıb.
Gununsesi.info-ya daxil olan faktların birində MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevin Bakı şəhər sakini Şəfiyev Zeynal Ağa Dadaş oğlununa qarşı törədilmiş qarşı qanunsuz əməllər, hədə-qorxu tətbiqi ilə pul vəsaitinin rüşvət kimi alınmasından bəhs edilir.
Redaksiyamızın əldə etdiyi sənədlərdən görünür ki, vətəndaş Şəfiyev Zeynal Ağa Dadaş oğluna qarşı ləğv olunmuş MTN-nin sabiq əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov tərəfindən qanunsuz əməllər törədilməklə ona hədə-qorxu gələrək külli miqdarda pul vəsaitinin alınması barədə şikayət ərizəsi 29.12.2015-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olaraq istintaq materiallarına əlavə edilib hərtərəfli yoxlanılmış və tam təsdiqini tapmışdır.
Həmin səbəbdən cinayət işi üzrə 18.04.2016-cı il tarixdə Şəfiyev Zeynal Ağa Dadaş oğlu zərər çəkmiş şəxs qismində tanınmış və dindirilərkən ifadəsində göstərmişdir ki, uzun müddət ərzində Bakı şəhərində taksi sürücüsü olmuş, 2011-ci ilin son aylarına kimi özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi ev 20, mənzil 34 ünvanında yaşamışdır. Həmin mənzil adına olduğu üçün tərəfindən özəlləşdirilmişdir. Həyat yoldaşı Povorova Larisa Alekseyevna 2002-ci ildə vəfat etmiş, o vaxtdan tək yaşamışdır. 2011-ci ilin sentyabr ayında Bakı şəhərində, «Dəri-zöhrəvi» dispanserinin yerləşdiyi küçədə əslən Maştağa qəsəbəsindən olan zərgər Yaşar Məmmədova həyat yoldaşından, qaynanasından, atasından ona yadigar qalmış 1 ədəd «Luç» qızıl saatını, 1 ədəd qadın saatını, iki ədəd kulonu, bir ədəd üzüyü, bir ədəd nazik boyunbağını və bir ədəd qolbağı 1.480 ABŞ dollarına pula ehtiyacı olduğu üçün satmışdır. 2011-ci ilin təqribən oktyabr ayının axırlarında səhər saatlarında yaşadığı evin yaxınlığında yerləşən «Ciyərni» kimi tanınan kafedə olarkən MTN-nin əməkdaşları olmuş Fizuli Əliyev, Zaur Məmmədov və Natiq Alıyev onu tutaraq həmin Nazirliyə aparmışlar. Qeyd olunan şəxslərdən başqa onun tutulmasında digər MTN-nin əməkdaşları iştirak etməmişlər. Onu tutduqları zaman Natiq Alıyev sinə nahiyyəsinə yumruqla zərbə vurmuş, kafenin qarşısında olan oturacağın üzərinə onu zorla otuzdurmuşdur. Bu zaman Natiq Alıyevin yanında olan Zaur Məmmədov ona xidməti vəsiqəsini göstərmiş və onlar MTN-dən gəldiklərini bildirmişlər. Bu zaman kafedə başqa şəxslərin olmağını xatırlamır. Natiq Alıyev onu bir aydan çox axtardığını bildirmiş, cibindən çıxardığı qandalın bir qolunu onun əlinə, digər tərəfini isə öz əlinə bağlamışdır. Bundan sonra onlar yolun qarşı tərəfində dayanan «Hyundai H1» markalı mikroavtobusa onu mindirmiş və yola düşmüşlər. Yolda olduqları zaman Natiq Alıyev, Fizuli Əliyev və Zaur Məmmədov onu saxta qızıl əşyaları satmaqda ittiham etmiş, ondan həmin saxta qızıl əşyaların mənbəyi barədə dəfələrlə soruşmuş, lakin onların suallarına o, cavab verməmişdir. MTN-nin əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində hal-hazırda da istifadə etdiyi 050-357-48-47 mobil telefon nömrəsi olmuşdur. MTN-nin binasına gətirildikdən sonra binanın nəzarət-buraxılış məntəqəsinin birinci mərtəbəsinə daxil olduqda ondan telefonu və şəxsiyyət vəsiqəsi alınaraq barəsində olan məlumatlar qeydiyyat jurnalına daxil edilmişdir. Oraya bir ay əvvəl qızılları satdığı Yaşar Məmmədov gəlmiş, sonuncunun şikayət ərizəsini ona göstərilmiş, ərizədə guya onun Yaşara satdığı qızılların saxta olması barədə şikayət verilmişdir. Daha sonra MTN-nin nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsində o, Yaşar Məmmədovla üzləşdirilmiş, Yaşar Məmmədov üzünə qarşı onun satdığı qızılların saxta olduğunu bildirmişdir. Bundan başqa 3 nəfər ilk dəfə gördüyü şəxslər da onlara saxta qızıl satdığını göstərərək üzünə durmuşlar. Onunla üzləşdirilmiş şəxslərdən o, yalnız Yaşar Məmmədovu tanımış, digər şəxslərin kim olduğunu xatırlamamışdır. O, Samir Muradini tanımamış, sonuncunun dediyini qəti təsdiq etməmiş və ona hər hansı əşya satmamış, həmin şəxslə tanış olduğunu xatırlamamışdır. MTN əməkdaşları ona orada istədikləri izahatı yazdırmış, onun həmin izahatda nə yazılmasından xəbəri olmamışdır. Daha sonra, Natiq Alıyev ondan bu işi həll etmək üçün 15.000 ABŞ dolları pul tələb etmiş, sərbəst buraxılması üçün 12.000 ABŞ dolları Natiq Alıyevə verməyə razılaşmışdır. Zaur Məmmədov özü 050-211-65-36 mobil telefon nömrəsini ona bildirmişdir. Natiq Alıyev onunla görüşmək üçün dəfələrlə ev telefonuna zəng edərək hər dəfə onun olduğu yer barədə soruşmuş və 12.000 ABŞ dolları məbləğində pulu verməsini tələb etmişdir. Bu qədər pulu olmadığı üçün, o, yaşadığı evi 2011-ci ilin son aylarında 55.000 ABŞ dollarına satmışdır. Evinin alqı-satqısına dair müqavilə «Göz klinikası»na gedən yolun sağ tərəfində, beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşən nömrəsini bilmədiyi notariat kontorunda sənədləşdirilmişdir. 55.000 ABŞ dollarını aldıqdan sonra, Natiq Alıyevlə Müdafiə Nazirliyinin yaxınlığında görüşüb ona 12.000 ABŞ dolları pul vermişdir. Pulu verəndən sonra Natiq Alıyev səhəri gün MTN-ə gəlməsini tapşırmış, o da, növbəti gün MTN-ə gəlmiş, onu nəzarət-buraxılış məntəqəsinin 2-ci mərtəbəsinə aparmış, Yaşar Məmmədovu da çağırmış, sonuncunun ərizəsini gözünün qarşısında cırıb atmışlar və ona «get səninlə işimiz yoxdur» demişlər. Bundan sonra o, MTN-ə 2012-ci ilin sonlarında bir neçə dəfə ərizə yazsa da, ərizələri araşdırılmamışdır. Yalnız bir dəfə MTN-nin Binəqədi rayon idarəsinin Elşən adlı əməkdaşı 055-320-30-00 nömrəsindən zəng edib həmin idarəyə çağırmış və izahatını aldıqdan sonra onun ərizəsini Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə göndərmişdir. 2013-cü ilin yanvar ayında həmin bölmədə ərizəsi araşdırılmış, ona heç bir cavab verilməmişdir. MTN-nin inzibati binasında olduğu zaman Fizuli Əliyev və Zaur Məmmədov özlərini sakit apamış, lakin Natiq Alıyev MTN-nin binasında ona bir neçə dəfə əl qaldırmış, bundan başqa onu dəfələrlə nalayiq söyüşlərlə təhqir etmiş, həmçinin Yaşar Məmmədovla onu üzləşdirdiyi zaman əllərini qandalla oturacağa bağlamışlar. Bundan başqa, göstərmişdir ki, bir neçə dəfə həmin qanunsuz hərəkətlər barədə şikayət ərizəsi yazaraq MTN-nin binasına yaxınlaşıb orada müraciətlər üçün nəzərdə tutulmuş qutuya qoymuş, lakin ona heç bir cavab gəlməmişdir.

Şahid qismində dindirilmiş Məmmədov Yaşar Həmidulla oğlu ifadəsində göstərmişdir ki, təxminən 3 il öncə, işlədiyi emalatxanaya əvvəllər tanımadığı şəxs gəlib bir ədəd qızıl qolbağı ona təqdim edərək satmaq istədiyini bildirmişdir. Söhbət əsnasında həmin şəxs taksi sürücüsü olduğunu, qolbağı çoxdan aldığını, həmçinin artıq vəfat etmiş bir neçə zərgərin adlarını çəkmişdir. Həmin qolbaq təxminən 10 qramlıq 750 əyyar olmuş, o, qolbağa təxminən 500 ABŞ dolları qiymət qoymuş, həmin şəxs bu zaman cibindən əlavə eyni iki ədəd qolbaq çıxarıb onları da satmaq istədiyini bildirmiş, onlar üç qolbağı 1480 ABŞ dollara alınmasına razılaşmışlar. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini istəyib ona baxanda həmin şəxsin Zeynal Şəfiyev olduğunu bilmişdir. Şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb və alış aktını tərtib edib həmin vaxt dolların manatla olan məzənnəsi ilə Zeynal Şəfiyevə pulu ödəyərək alış aktının surətini də ona vermişdir. Zeynal Şəfiyev gedəndən sonra o, iş yoldaşları ilə Zeynal Şəfiyevdən aldığı qolbaqları kəsdikdə qolbaqların qızıldan deyil, gümüşdən hazırlandığı bəlli olmuşdur. O, başa düşmüşdür ki, Zeynal Şəfiyev onu aldatmış, yüksək səviyyədə gümüşdən hazırlanmış üç ədəd qolbağı ona qızıl adı ilə satmışdır. O, özü zərgər olduğundan, şəxsiyyətinə sığışdırmayıb hüquq mühafizə orqanlarına şikayət etməmiş, lakin birlikdə işlədiyi zərgərlər onun aldandığını bilmişlər. İki gün keçəndən sonra işlədiyi emalatxanaya «Köhnə Univermaq»da zərgərlik mağazasında işləyən Samir adlı şəxs gələrək onlara saxta qolbaqların satıldığını eşitdiyini, sonuncunun özünü də aldatdıqlarını, 22.000 ABŞ dollarlıq qızıl adı ilə gümüş qolbaqlar aldıqlarını bildirmişdir. Həmin Samir ona qolbaqları sənədsiz aldıqlarını, ona görə şikayət edə bilmədiklərini deyərək MTN-ə ərizə verməsini və aldığı qolbaqların sənədlərini ərizəyə əlavə etməsini ondan xahiş etmişdir. Samir ona MTN-də xalası oğlu Eldar adlı şəxsin işlədiyini, sonuncunun bu məsələ ilə məşğul olub ona dəymiş ziyani ödətdirəcəyini demiş, o da, razılaşmışdır. İki gün sonra onlar Botanika bağında görüşmüş, orada o, Samir və iki nəfər MTN əməkdaşı olmuş, onlardan biri Samirin qohumu Eldar, digərin isə adını bilməmişdir. Ona orada Eldarın diktəsi ilə ərizə yazdırılmış və ondan alış aktını, Zeynal Şəfiyevin şəxsiyyət vəsiqəsinin surəti və aldığı əşyaları maddi sübut kimi götürmüşlər. İki gün sonra onun istifadəsində olan 050-332-25-06 nömrəli telefonuna xatırlamadığı bir nömrədən zəng gəlmiş və ona MTN əməkdaşı Sabir bağının yanında qara avtomobildə gözlədiyini bildirmişdir. O, həmin yerə gəlib avtomobilə əyləşmiş və onu MTN-nin inzibati binasına gətirmişlər. Mobil telefonunu alandan sonra nəzarət-buraxılış məntəqəsinin ikinci mərtəbəsinə qaldırıb bir otağa salmışlar. Həmin otaqda ondan ərizəni götürən Eldar adlı şəxs, digər iki nəfər MTN işçiləri və Zeynal Şəfiyev əli qandalla kresloya bağlanmış vəziyyətdə olmuşdur. Eldar Zeynal Şəfiyevə müraciət edib onu tanıyıb-tanımadığını soruşmuş, Zeynal Şəfiyev onu tanımadığını bildirmiş, o, Zeynal Şəfiyevi tanıdığını dedikdə, sonuncu onu tanıdığını bildirərək müraciət edib evini satmaqla pullarını qaytaracağını demişdir. Zeynal Şəfiyev taksi sürücüsü olduğunu və qolbağı məhəllə uşağının verdiyini bildirmişdir. Eldar onu otaqdan çıxarmış, 5-10 dəqiqə sonra Eldar əlində ağ kağızla gəlib ona bu şəxsdən şikayəti olmaması barədə ərizə yazmasını demişdir. O, Eldara iki gün əvvəl şikayət ərizəsini yazdığını, indi də əks məzmunda yazılmasını tələb edildiyini anlamadığını dedikdə, sonuncu ona iki gündən sonra pullarını şəxsən gətirib verəcəyini kişi kimi söz vermişdir. Belə olan halda o, Eldarın istədiyi məzmunda ərizəni yazıb verərək çıxıb getmişdir. Üç-dörd gün keçəndən sonra o, Samiri taparaq pulları ilə maraqlanmış, sonuncu qohumu ilə əlaqə saxlayıb nəticəsi barədə ona məlumat verəcəyini demiş, o, yenə bir həftə gözləmiş, lakin bir xəbər çıxmamışdır. Bir həftə sonra Samiri bir dostu ilə birlikdə işlədiyi emalatxananın yanından keçdiyi zaman görərək çağırmış, söhbət əsnasında Samir ona pullarını qaytardıqlarını bildirmiş, Samirə yaxşı hərəkət etmədiklərini, sənədləri olmadığından ondan xahiş edib ərizə yazdırdıqlarını, pullarını alıb onun 1480 ABŞ dollarını vermədiklərini irad tutmuş, Samirə gedib MTN-də olan qohumu ilə özünün danışacağını bildirmişdir. Həmin günü o, MTN-nə gedib Eldarı telefonla aşağıya çağırmış, Eldar tək düşüb onunla görüşmüş, Eldar ona həmin işin ondan alınıb başqa şöbəyə verildiyini demiş, o da, Eldardan həmin şöbədə bu işlə məşğul olan şəxslə görüşdürməsini xahiş etmişdir. Eldar bir nəfərlə telefonla danışmış və onların yanına Zaur Məmmədov düşmüşdür. Eldar Zaur Məmmədova onun ərizəsinə əsasən iş açdıqlarını, ona görə də özünə dəymiş ziyan ödənilməli olduğunu demiş, Zaur Məmmədov da rəisləri ilə danışıb ona zəng edərək cavabını deyəcəyini bildirmişdir. Zaur Məmmədov ona iki günə zəng edəcəyinə söz vermiş, lakin zəng etməmiş, o da, pulunu qaytaran olmayacağını başa düşərək bir daha Zaur Məmmədovla, Eldarla, Samirlə əlaqə saxlamamışdır. Hazırki dindirmədən təxminən bir ay əvvəl işlədiyi emalatxanaya Zeynal Şəfiyev gələrək o vaxt MTN-də onun başına oyun açıldığını, evini satdırdıqlarını və şikayətçi olduğunu bildirərək çıxıb getmişdir. O, MTN əməkdaşları Natiq Alıyev və Fizuli Əliyevi tanımamış, həmin şəxslərin kim olduğunu bilməmiş, ifadəsində göstərdiyi kimi o, Eldarı, Zaur Məmmədovu və adlarını bilmədiyi digər iki nəfəri görmüşdür.
Şahid qismində dindirilmiş Muradi Samir Şəmsəddin oğlu ifadəsində göstərmişdir ki, 2000-ci ilin əvvəllərində zərgərlik peşəsini öyrənərək Bakı şəhəri «Köhnə» univermaqda zərgərlik mağazasının emalatxana hissəsində quraşdırıcı işləmişdir. O, rəsmi olaraq heç vaxt vergi orqanlarında qeydiyyatda olmamış, vergi ödəməmişdir. Zərgərlik fəaliyyəti ilə əlaqədar Maliyyə Nazirliyi yanında Dövlət Əyyar Palatası tərəfindən ona lisenziya verilməmişdir. 2011-ci ildə quraşdırıcı işlədiyi emalatxana Yaşar adlı şəxsə məxsus olmuş, həmin şəxs həmçinin «Azərbaycan» kinoteatrının yaxınlığında olmuş «Aqat» mağazasının müdiri olmuşdur. Təxminən 2011-ci ildə «Köhnə» univermaqda işlədiyi zaman bir nəfər adını xatırlamadığı taksi sürücüsü ona müraciət edərək 4000 ABŞ dolları dəyərində bir neçə qızıl qolbaq satmış, o da, heç bir rəsmi sənədləşdirmə aparmadan 4000 ABŞ dollarını ödəmişdir. Həmin şəxs yanına Fizuli adlı şəxslə gəlmiş və Fizuli həmin şəxsin taksi sürücüsü olduğunu ona demişdir. Fizulini çoxdan tanımış, bildiyinə görə sonuncu zərgərlik fəaliyyəti ilə məşğul olaraq, həmçinin özünə məxsus Bakı şəhəri, Tbilisi prospektinin sağ tərəfində, «Qafqaz» otelə çatmamış yerşləşən qarajda olan zərgərlik sexini işlətmişdir. Qızıl-zinət əşyalarının alveri ilə əlaqədar Fizuli univermaqa tez-tez gəlmiş və buna görə sonuncunun məsləhətinə əsasən o, yuxarıda qeyd etdiyi dəyərdə olan qızıl-zinət əşyalarını almışdır. Həmin qolbaqları əridən zaman qolbaqların üst tərəfinin qızıldan, iç hissəsinin gümüşdən olması bəlli olduğundan aldandığını başa düşmüşdür. Qolbaqların real qiyməti 100 ABŞ dollara yaxın olmuşdur. Bundan sonra həmin əşyaların gümüşdən olduğunu bilərək o, Fizulini taparaq həmin şəxsə məxsus boz rəngli «Lexus» markalı avtomobillə sonuncu ilə birlikdə Bakı şəhəri, Ukrayına dairəsi tərəfdə həmin taksi sürücüsünü axtarmaq üçün getmiş, lakin həmin şəxsi həmin gün orada tapa bilməmişlər. Bundan sonra MTN-də işləyən və onunla dostluq münasibətlərində olan Şahmar Rzayevə zəng edərək sonuncuya bu barədə danışmış, sonuncu ona Mahir Cəfərov adlı əməkdaşa müraciət etməsini məsləhət verərək həmin şəxsin telefon nömrəsini vermişdir. Bir-iki gündən sonra o, Mahir Cəfərova zəng edərək baş vermiş hadisə barədə danışmış, həmçinin qolbaqları hər hansı sənəd tərtib etmədən aldığını bildirmişdir. Mahir Cəfərov ona bu barədə şikayət ərizəsi yazmasını təklif etmiş, lakin yuxarıda qeyd etdiyi səbəbə görə o, şikayəti yazmaqdan imtina etmiş, bundan sonra Mahir Cəfərov ona zərgərliklə məşğul olan şəxslərin arasında analoji qızıl-zinət əşyaları alan şəxsi axtarıb tapmasını məsləhət vermiş, o, Yaşar Məmmədov tərəfindən həmin qolbaqlardan alındığı barədə məlumat aldıqdan sonra sonuncu ilə danışarkən ərizə yazmasını xahiş etmişdir. Botanika bağının yanına Yaşar Məmmədovla gəldikdə orada Mahir Cəfərov və sonuncu ilə tanımadığı MTN-nin əməkdaşı olmuşdur. O, Mahir Cəfərova və yanında olan şəxsə Yaşar Məmmədovun iştirakı ilə baş vermiş hadisə barədə ətraflı məlumat vermiş, həmçinin bu hadisədə Fizulinin iştirakının olduğunu demişdir. Bundan sonra o, Fizulinin telefon nömrəsinə zəng edərək sexin olduğu yer barədə soruşmuş və bundan sonra Bakı şəhəri, Tbilisi prospektinə tək gedərək həmin şəxslə orada görüşmüş, 4000 ABŞ dollarını qaytarmayacağı halda bu barədə şikayət edəcəyini demiş, həmin gün Fizuli tərəfindən ona təxminən 2500 ABŞ dolları dəyəri olan, Fizulinin sexində istehsal olunmuş qızıl-zinət əşyaları verilmiş, həmin əşyaları uzun müddət ərzində işlədiyi emalatxanada satmışdır. Bundan sonra o, Mahir Cəfərovla hər hansı əlaqə saxlamamış, bir dəfə Yaşar Məmmədovun xahişi ilə o, Şahmar Rzayevə zəng edərək Yaşar Məmmədovun şikayət ərizəsi üzrə MTN tərəfindən aparılan araşdırmanın nə vəziyyətdə olduğunu soruşmuşdur. Lakin, Şahmar Rzayev bununla bağlı ona hər hansı dəqiq məlumat verməmiş, yalnız araşdırmanın davam etdirildiyini bildirmişdir. O, MTN-nin sabiq əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovu tanımamışdır. Yaşar Məmmədovun ifadəsinin yanlış olduğunu bildirərək sonuncuya heç vaxt vaxt 22.000 ABŞ dolları dəyəri olan qolbaqları aldığını deməmişdir. O, saxta qızıl əşyaları aldığına görə o, heç vaxt MTN-nə çağırılmadığını, hadisə baş verdikdən sonra Fizulinin onun işlədiyi yerə daha gəlmədiyini və özünün də, sonuncu ilə hər hansı əlaqə saxlamadığını göstərmişdir.

Şahid qismində dindirilmiş Cəfərov Mahir Sabir oğlu ifadəsində göstərmişdir ki, 2012-ci ilə kimi MTN-nin Əks-Kəşfiyyat 2-ci Baş idarəsində işləmiş, sonuncu vəzifəsi bölmə rəisi olmuşdur. 2012-ci ilin may ayında MTN-nin 5-ci Baş idarəsinin şöbə rəisinin müavini vəzifəsinə təyin olunduqdan sonra 2015-ci ilin noyabr ayına kimi işləmiş, bundan sonra öz xahişi ilə təqaüdə çıxmışdır. Samir Muradini tanısa da, həmin şəxslə hər hansı münasibəti olmamışdır. Belə ki, 2011-ci ilin yay aylarında rəisi Şahmar Rzayev onu yanına çağıraraq hansısa qohumu ilə görüşə getməsini xahiş etmiş, lakin görüşün nə ilə əlaqədar olacağını deməmişdir. Bakı şəhəri, Nizami küçəsində olan hansısa çay evində onlar Samir Muradi ilə görüşmüş, görüş zamanı sonuncu özünə saxta qızıl əşyaların satıldığını bildirmişdir. Həmin çay evində əvvəllər tanıdığı Dağıstan Respublikasının vətəndaşı, tanınmış güləşçi Camsulvara Camsulvarayevi gördüyündən sonuncu ilə görüşmək üçün Şahmar Rzayev və Samir Muradinin oturduqları masadan aralanıb idmançı ilə görüşdükdən sonra qayıtmış, sonuncuların arasında olan dəqiq söhbətlər onun iştirakı olmadan baş verdiyindən, görüş zamanı aparılmış söhbətləri xatırlaya bilməmişdir. O, həmin masada yenidən oturduqdan sonra Şahmar Rzayev onun istifadə etdiyi 050-211-31-72 mobil telefon nömrəsini Samir Muradiyə bildirib onunla əlaqə saxlamasını bildirmişdir. MTN-nin binasına qayıdarkan Şahmar Rzayev ona Samir Muradinin ərizə yazaraq aldığı saxta qızıl əşyalarını təqdim edəcəyini bildirmişdir. Həmin gün Samir Muradi onun telefon nömrəsinə zəng edərək MTN-nin inzibati binasının yanına gəlməsini bildirmiş və o, aşağı düşmüş, oraya Samir Muradi və ya başqa bir şəxsin gəldiyini xatırlamamış, lakin ona yaxınlaşan şəxs dörd yerə bölünmüş qolbağı təqdim etmiş, həmin qızıl əşyası ilə birlikdə Samir Muradinin adından hər hansı ərizə olub-olmamasını xatırlamamışdır. Həmin əşyaları o, Şahmar Rzayevin otağına gətirərək sonuncuya təqdim etmiş, bundan sonra həmin əşyaların MTN-nin 4-cü Baş idarəsinə göndərilib-göndərilməməsini, həmçinin həmin əşyaların göndərilməsinə dair hər hansı məktubun onların bölməsi tərəfindən hazırlanıb-hazırlanmamasını xatırlamamışdır. Bir neçə gündən sonra Samir Muradi yenidən ona zəng edərək yoxlamanın nəticəsi barədə soruşduqda o, bu barədə Şahmar Rzayevə məlumat vermişdir. Bundan sonra bir dəfə Bakı şəhəri, Botanika bağında Samir Muradi ilə görüşmüş, görüş zamanı Samir Muradi dəfələrlə ondan pulların kim tərəfindən qaytarılacağı barədə soruşmuş, o, yenidən Şahmar Rzayevə Samir Muradi ilə görüşləri barədə məlumat vermiş, lakin daha sonra o, Samir Muradi ilə hər hansı əlaqə saxlamamış və görüşməmişdir. MTN-nin 4-cü Baş idarəsinin əməkdaşları tərəfindən Samir Muradinin və ya sonuncunun yanında olan şəxsin ərizəsi üzrə hər hansı yoxlamanın aparılıb-aparılmamısını, həmçinin həmin yoxlamanın nəticələrinin nədən ibarət olduğunu bilməmiş, Zeynal Şəfiyevi, Yaşar Məmmədovu tanımamış, həmin şəxslərlə hər hansı münasibəti və ya tanışlığı olmamışdır.
İstintaq zamanı şahid qismində dindirilmiş Zamanov Nəsimi Səməd oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir-Cəlal küçəsi 18 «a» ünvanda beşmərtəbəli yaşayış binasının qabağında olan və Bakı şəhər sakini Fərid Rəhimova məxsus «Ciyər» kafesini icarə müqaviləsi bağlayaraq təxminən 2009-cu ildən bu günə kimi işlətmişdir. Kafenin iş rejimi saat 10:00-dan saat 23:00 radələrinə kimi olmuş, Bakı şəhəri, Mehtiabad qəsəbəsində yaşayan və kafedə süpürgəçi işləyən Şəfiqə İmaməliyeva bir qayda olaraq saat 10 radələrində işə gələrək kafedə lazım olan təmizlik tədbirlərini gördükdən sonra kafe açılmış, kafenin açarları bir qayda olaraq özündə və Şəfiqə İmaməliyevada olduğundan sonuncudan əvvəl kafe heç kim tərəfindən açılmamışdır. 2011-2012-ci illərdə Şəfiqə İmaməliyevadan başqa kafedə işləmiş, yalnız kababçı vəzifəsində Fərman İsməliyev və Vəli Usubov işləmiş, qulluqçu vəzifəsində işləyən şəxslərin tərkibi tez-tez dəyişdiyindən qeyd edilən vaxtda qulluqçu vəzifəsində kimin işlədiyini xatırlaya bilməmişdir. Kababçılar bir qayda olaraq işə saat 11 radələrində gəlmişlər. İşlədiyi kafeyə bir qayda olaraq kafedən yaxın məsəfədə yaşayan müştərilər gəlmiş, lakin o, sonuncuları adla tanımamışdır. Buna görə Bakı şəhəri, Nəsimi rayonu, Mir-Cəlal küçəsi ev 20 ünvanda yaşamış Şəfiyev Zeynal Ağadadaş oğlunu tanımış, həmin və ya digər şəxsin MTN-nin əməkdaşları tərəfindən 2011-2012-ci illərin oktyabr-noyabr aylarında kafedə saxlanılmasına və MTN-nin inzibati binasına aparılmasının şahid olmamış və bu barədə hər hansı məlumatı olmamışdır. Tualet otağı faktiki olaraq kafenin daxilində olmamış, kafenin və yanında olan bir neçə ticarət obyektinin işçiləri və müştəriləri tərəfindən faktiki olaraq ictimai tualet kimi istifadə edildiyindən, heç vaxt, o cümlədən gecə vaxtı bağlanmamışdır. Kafedə və marketlərdə olan müştərilər və ya işçilər tərəfindən tualet otağına daxil olmuş şəxslər müşahidə edilməsi mümkün olmamışdır.
Şahid qismində dindirilmiş Hüseynov Elşən Cəbi oğlu ifadəsində göstərmişdir ki, o, 2007-ci ilin dekabr ayından 2014-cü ilin sentyabr ayınadək MTN-nin Bakı şəhəri, Binəqədi rayonu idarəsində bölmə rəisi vəzifəsində, 2014-cü ilin sentyabr ayından isə 2015-ci ilin sentyabr ayınadək MTN-nin Bakı şəhəri Suraxanı rayon idarəsində şöbə rəisi vəzifəsində işləmişdir. Təxminən 2012-ci ilin sonlarında MTN-nin Bakı şəhəri, Binəqədi rayon idarəsində bölmə rəisi vəzifəsində işlədiyi zaman MTN-nin katibliyindən əməkdaşı olduğu idarəyə Şəfiyev Zeynal Ağa Dadaş oğlu adlı şəxsin ərizəsi daxil olmuşdur. Həmin ərizədə Zeynal Şəfiyev MTN-nin adını xatırlamadığı əməkdaşının dəqiq xatırlamadığı məbləğdə pul vəsaiti almasından şikayət etmişdir. Onun MTN əməkdaşı barəsində araşdırma aparmaq səlahiyyəti olmadığından, həmin ərizə ilə bağlı Zeynal Şəfiyevin izahatını almış, bundan sonra qaydalara uyğun olaraq həmin ərizə ilə bağlı izahatı aidiyyəti üzrə nazirliyə göndərmişdir. Zeynal Şəfiyevdən izahatı aldıqdan sonra heç vaxt sonuncu ilə görüşməmişdir. Tərəfindən Zeynal Şəfiyevdən izahat normal, qaydalara uyğun olaraq alınmış, sonuncuya qarşı heç bir təzyiq göstərilməmiş, yaxud qanunıuz hərəkət edilməmişdir. Ərizədə MTN əməkdaşından şikayət olunduğu üçün həmin ərizə ilə bağlı sənədlər nazirliyin özünə qaytarılmış, lakin dəqiq xatırlamadığından, həmin ərizənin polis orqanlarına göndərilməsini də istisna etməmişdir.
02.09.2016-cı il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Zeynal Şəfiyev ona təqdim edilmiş fotoşəkillər arasında Natiq Alıyevin fotoşəklini göstərərək 2011-ci ilin oktyabr ayında «Ciyərni» kimi tanınan kafedən Zaur Məmmədov və Fizuli Əliyevlə birlikdə MTN–ə aparan, orada hədə–qorxu gəlməklə 15.000 ABŞ dolları pul tələb edən, sonradan Müdafiə Nazirliyinin qarşısında ondan 12.000 ABŞ dolları məbləğində pulu alan MTN–nin Natiq adlı əməkdaşı olduğunu bildirmişdir. \\gununsesi.info\\


Paylaş:


Müəllif : Tarix:
2-03-2017, 10:36
  
loading...