reklam
» » FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb - Kanat yolu iyunun 20-dən bağlı olub

reklam

FHN Qubada hoteldə baş verən qəza barədə məlumat yayıb - Kanat yolu iyunun 20-dən bağlı olub

Fövqəladə Hallar Nazirliyi Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən daxil olan məlumatda bildirilir: "Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb".

Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.


Paylaş:


Müəllif : Tarix:
9-07-2018, 16:13
  


loading...
Загрузка...