reklam
» » Səhiyyə naziri postunda dəyişiklik GÖZLƏNİLİR

reklam

Səhiyyə naziri postunda dəyişiklik GÖZLƏNİLİR

Keçən həftəsonu Səhiyyə Naziri Oqtay Şirəliyevin tutduğu vəzifəsindən azad edildiyi haqda informasiya yayılsa da, bu xəbər təsdiqini tapmadı. Bununla bağlı DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərinə görə, əslində Oqtay Şirəliyevin vəzifəsindən azad edilməsi gündəmdədir.

Mənbənin dia.az-a spylədikləri: "Yaxın günlərdə bu dəyişiklik baş verəcək. Ümumiyyətlə, səhiyyə sistemində total islahatlar gözlənilir. Necə ki Zakir Həsənov Müdafiə Nazirliyini və ordudakı durumu kökündən dəyişdi, eləcə də səhiyyə sistemində inqilabi dəyişiklik həyata keçirəcək bir kadrın rəhbərliyi nəzərdə tutulur".

Hələlik bu şəxsin kimliyi açıqlanmasa da, mənbə dəyişikliyin yaxın vaxtlara təsadüf edəcəyini bildirdi.


Paylaş:


Müəllif : Tarix:
10-07-2018, 10:29
  


loading...
Загрузка...