reklam
» » Hacıbala Abtualıbovun yerinə iki əsas iddialı... - Bakı meri kim olacaq?

reklam

Hacıbala Abtualıbovun yerinə iki əsas iddialı... - Bakı meri kim olacaq?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbəri vəzifəsi uğrunda hakimiyyət daxilindəki qruplar arasında cidd savaş gedir. Bu haqda Hurriyyet.org-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, bu posta yeni namizədlər ortaya çıxıb. İddia olunur ki, yeni iddiaçılardan biri “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur.

Qeyd edək ki, R.Sadıxov Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır.

Rövşən Sadıxov 2005-2006-cı illərdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. O, keçmiş nazir Eldar Mahmudovun qudasıdır. Sadıxovlar əslən Laçın rayonundandır və keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) başçısı, mərhum Rövşən Cavadovun qohumu kimi tanınırlar.

Mənbə deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna iddialı şəxslərdən ikincisi illərdir bu qurumda xüsusi səlahiyyətlərə sahib olan Nərminə İsaqovadır. Əslən Qubadlıdan olan N.İsaqovanın qardaşı Malik İsaqov hazırda eyniadlı rayonun icra başçısıdır. Bir sıra iddialara görə, Nərminə İsaqova hakimiyyətdə kifayət qədər əlaqələri olan xanımdır. Mediada yayılan məlumatlara əsasən, hazırda tikinti şirkətlərinə sərəncamların verilməsi birbaşa onun kurasiyasındadır. Təbii olaraq, sərəncamı vermək üçün tələb edilən qeyri-rəsmi ödənişin yığılması ilə da xanım İsaqovanın məşğul olduğu bildirilir.

Xatırladaq ki, 21 apreldə prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında məlum sərəncamından sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu vəzifədən azad olundu. Digər sərəncamla o, baş nazirin müavini təyin edildi. Həmin sərəncamdan bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısı postu boşdur. Hazırda müvəqqəti olaraq Bakı meriyasına Fidumə Hüseynova rəhbərlik edir.


Paylaş:


Müəllif : Tarix:
16-07-2018, 10:01
  


loading...
Загрузка...