reklam
» » Goranboyda baş verən güllələnmənin TƏFƏRRÜATI

reklam

Goranboyda baş verən güllələnmənin TƏFƏRRÜATI

Goranboy rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub

"Report"un Qərb bürosunun verdiyi məlmata görə, rayonun Hazırəhmədli kənd sakini, 1983-cüil təvəllüdlü Emil İlqar oğlu Rəfiyev odlu silahdan açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya yerləşdiriləndən yaralının vəziyyəti hazırda orta-ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Qərb Regional Mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, E.Rəfiyev özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Bu zaman ehtiyatsızlıqdan açılan güllə onun özünə dəyib.

Faktla bağlı araşdırma davam etdirilir.

***3:02

Goranboyda güllələnmə olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hazırəhmədli kəndində baş verib.

Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. E. Rəfiyevin kim tərəfindən güllələndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
2-08-2018, 10:00
  


loading...
Загрузка...