reklam
» » TN-dən şagird-müəllim qovğasına REAKSİYA - "...bunu bizdən başqa kim biləcək? "

reklam

TN-dən şagird-müəllim qovğasına REAKSİYA - "...bunu bizdən başqa kim biləcək? "

Xəbər verdiyimiz kimi dünən şagirdin müəllimini bıçaqlaması barədə məlumat yayılıb. Məlumata görə, hadisə Abşeron rayonu, Digah qəsəbəsi ərazisində baş verib.

Bildirilib ki, sözügedən qəsəbə sakini, fiziki-tərbiyə müəllimi Coşqun Xanbabayevin ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi haqda polisə məlumat daxil olub. Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Məlumata görə, çox çəkməyib ki, polis müəllimi bıçaqlayan Rövşən İsgəndərovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Rövşən İsgəndərov müəllim Coşqun Xanbabayevin şagirdi olub. Saxlanılan Rövşən bildirib ki, bir müddət əvvəl universitetə daxil olmaq üçün Coşqun Xanbabayevin yanına hazırlığa gedib. Dediyinə görə, kitab üstündə Coşqun Xanbabayev ilə arasında mübahisə yaşanıb və bu zaman müəlliminin döş qəfəsinə bir bıçaq zərbəsi vurub.

Yayılan xəbərə Təhsil Nazirliyi etiraz edib.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məsələyə bu cür münasibət bildirib.

“Abşeron rayonunda bu il və ötən 5 il ərzində belə adda ya orta məktəbi bitirən şagird var, ya da ki müəllim. Bunu rahatca Abşeron RPŞ- dən öyrənə bilərsiz.

Ancaq bunu bizdən və bu postu oxuyan həmkarlardan başqa kim biləcək?
Çoxmilyonlu tamaşaçı və “Azərbaycanda şagird müəllimi bıçaqladı” başlığı ilə manşet verən saytın oxuyucuları tamamilə doğru olmayan şagird müəllim şiddətini müzakirə edəcək və minlərlə müəllimin adına kölgə salan qara xəbər rəngində düşünəcəklər.
Və beləcə.. belə olmaz. Xəbər süjeti yayan, dərc edən həmkarlar axı niyə qeyri- dürüst məlumatı yayımlayırsız? Bir də niyə bizdə bıçaqlanan, avtoqəza keçirən hər hansı bir vətəndaş yaşı az olarsa hökmən şagird və əgər məktəbdə işləyərsə hökmən filan məktəbin müəllimi kimi qeyd olunur. Məgər, qəza keçirməyin də peşəsi var?


Paylaş:


Müəllif : Tarix:
8-08-2018, 13:25
  


loading...
Загрузка...