“Lotu Quli”nin adamları saxlanıldı - FOTOLAR » Regionxeberleri.com “Lotu Quli”nin adamları saxlanıldı - FOTOLAR » Regionxeberleri.com

reklam
» » “Lotu Quli”nin adamları saxlanıldı - FOTOLAR

reklam

“Lotu Quli”nin adamları saxlanıldı - FOTOLAR

Ukraynanın güc strukturları azərbaycanlı "vor zakon” Nadir Səlifovun ("Lotu Quli”nin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar.

Regionxeberleri.com Unikal.org-a istinadən xəbər verir ki, Ukraynanın Kirovoqradskiy bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun ("Lotu Quli”nin) kriminal klanının 30 nəfər üzvü "oğru sxodkası" keçiriblər.

Ukrayna Milli polisi onların şəhər kənarında bağ evlərin birində yerini müəyyənləşdirərək zərərsizləşdirib. Tutulanlar arasında azərbaycanlıların da olduğu istisna edilmir.

Sxodka "məşhur hüquqşünas” ləqəbli "vor zakon" "Xoxol”un rəhbərliyi ilə keçirilirmiş.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl də "Lotu Quli”nin adamı kimi tanınan, interpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. O, Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "vor zakon” olmağa can atırmış.


 


Paylaş:


Müəllif : Tarix:
9-08-2018, 17:19
  


loading...