Göyçay xəstəxanasının baş həkimi səhiyyə naziri Oktay Şirəliyevə şou göstərdi » Regionxeberleri.com Göyçay xəstəxanasının baş həkimi səhiyyə naziri Oktay Şirəliyevə şou göstərdi » Regionxeberleri.com

reklam
» » Göyçay xəstəxanasının baş həkimi səhiyyə naziri Oktay Şirəliyevə şou göstərdi

reklam

Göyçay xəstəxanasının baş həkimi səhiyyə naziri Oktay Şirəliyevə şou göstərdi

Səhiyyə naziri Oqtay Şirəliyev  10 avqust 2018-ci il tarixdə Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirən zaman Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Bilalovun düzəltdiyi şou ilə qarşılaşıb. Belə ki, nazirin Ucar, Ağsu, Kürdəmir və Göyçay rayon sakinlərinin qəbulu 31 avqusta təyin olunsada bir gün öncə vaxtı 10 avqusta dəyişdirilib.Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Bilalov tələsik olduğuna görə  özünü nazirə təriflətdirmək üçün yerli sakin tapa bilmədiyindən xstəxananın texniki işçilərini özü ilə Ucara gətirib.Həmin texniki işçiləri qəbula yazılan Göyçay rayon sakinləri kimi təqdim etdirib özü və yarıtmaz fəaliyyətdə olan xəstəxananı təriflətdirib. Ağsu və  Kürdəmir rayon xəstəxanaların baş həkimləri qəbula gəlməsələrdə Elçin Bilalov düzəltdiyi şounu həyata keçirilməsinə əmin olmaq üçün sübh tezdən "aktyor" dəstəsi ilə Ucarda olub.
 
Qeyd edək ki, regionda həmişə nümunəvi yüksək tibbi xidmət göstərən Göyçay rayon xəstəxanasını baş həkim Elçin Bilalov az bir vaxtda biabırçı vəziyyətə salmışdır.Kolxoz bazarına döndərilən Göyçay rayon mərkəzi xəstəxanasında vətəndaşlara pullu xidmət göstərilir.Bu barədə sakinlər tərəfindən mərkəzi orqanlara çoxlu sayda şikayətlər edilir. Elçin Bilalovun yaratdığı bu qanunsuz fəaliyyət barədə rəhbərlikdə kifayət qədər məlumat var.Həmin məlumatların yalnış olmasını nazir Oktay Şirəliyevin nəzərinə çatdırmaq üçün məhz bu gün qəbulda Elçin Bilalov belə bir şou düzəltmişdir.
Ancaq atalar yaxşı deyib utanmasan oynamağa nə var və görünən dağa nə bələdçi.

RegionXeberleri.com
 


Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 14:36
  


loading...