reklam
» » YPX-ti əməkdaşından özbaşınalıq - Sürücü rayondan hər keçəndə 5 manat verməlidir

reklam

YPX-ti əməkdaşından özbaşınalıq - Sürücü rayondan hər keçəndə 5 manat verməlidir

 

 Bəzi DYP-si əməkdaşı kamaz sürücülərini soyur

Etiraf etmək lazımdır ki, respublika ərazisində Dövlət Yol Polisinin (DYP) bəzi əməkdaşlarının özbaşınalığı heç kəsin nəzərindəq qaçmır. Kimlərinsə havadarlığı ilə, əllərinə zolaqlı polis çubuğu alan DYP işçiləri, sürücülərə sözün əsl mənasında qan uddururlar. Döyüşçü qalxan və iti xəncərinə arxalanan kimi, bizim DYP işçiləri də paqonlarına və havadrlarına güvənib sürücülərlə olduqca kobud və etikadan kənar davranırlar. Artıq bəzi polislərin bu cür öz səlahiyyətlərini aşma hallarına rast gəldikcə, insanlar övladlarının polis olmasını belə istəmirlər

Ağcakən ərazisindən keçən, yük aparan sürücülər 5 manat müqabilində buraxılır. Burada Xocalı RPŞ-nin YPB-nin əməkdaşları bu ərazidə xidmət aparırlar. . YPX əməkdaşları yük maşınlarının sürücülərinə haqq qoyub. Belə ki 5 manatı verməyən sürücü cərimələnir və yaxud təhqir olunur. Heç bir qayda pozmasan belə burda sənə əl edib saxladıllar, sənəd təqdim etdikdə isə "bizə sənəd lazım deyil, 5 manatını gətir. 4-3 manat versən belə razılaşmıllıar. QIRMIZI BEŞDİYİmi ver deyib sürücülərə hədə belə gəlməkdən çəkinmirlər.

Bu gün Xocalı RPŞ-nin YPB-nin əməkdaşı Heydər Məhərrəmovda sücücüylə qızmızı beşliyə görə razılığa gələ bilməyiblər. Hətda rayonun sahibi kimi özünü aparan Heydər Məhərrəmov sürücüyə bilidirib ki, onu bu rayona həsrət qoyacaq.

P.S. Məsələ ilə bağlı Kamaz sücücüsü DİN-nə müraciyət etdiyini bildirb. Sözügedən faktı araşdırmaq üçün Xocalı RPŞ-nin YPB-nin rəisi Rövşən müəllimlə əlaqə yaratmaq istəsəkdə telefonumuza cavab vermədi.

Qarşı tərəfində mövqeyin dinləyib dərc etməyə hazırıq.
Mövzuya yenidən qayıdacağıq

                                                                                                                    RegionXeberleri.com






Paylaş:


Müəllif : Tarix:
12-08-2018, 21:24
  


loading...
Загрузка...