reklam
» » Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq üçün

reklam

Mehman Hüseynov məhkəməyə müraciət etdi - Şərti azadlıq üçün

Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Regionxeberleri.com BakuPost-a istinadən xəbər verir ki, bu barədə Mehmanın vəkili Şəhla Hümbətova Qafqazinfo-ya açıqlamasında bildirib.Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.


Paylaş:


Müəllif : Tarix:
15-08-2018, 10:18
  


loading...
Загрузка...