reklam
» » Cavid Qurbanov Dünya Bankının dəmir yolunun bərpasına verdiyi krediti necə xərcləyib? - İTTİHAM

reklam

Cavid Qurbanov Dünya Bankının dəmir yolunun bərpasına verdiyi krediti necə xərcləyib? - İTTİHAM

Dünyanın müxtəlif qütblərindən, Şərqdən və Qərbdən sürət qatarlarının yeni rekordları ilə bağlı məlumatlar artıq adi xəbərlə çevrilməkdədir. Məsələn, Çinin "Fusin”(Diçəliş) adı verdiyi sürət qatarı sınaq zamanı saatda 400 kilometr məsafə qət etməsidir. Yaponiyanın "Shinkansen” (Yeni yol) adı verdiyi, xalqın isə güllə-qatar adlandırdığı qatar isə saatda 581 kilometrə qədər sürət yığıb. Qərbdə də saatda 550-600 kilometr sürətlə hərəkət edən qatarlar artıq sensasiya sayılmır. Ancaq nə Qərb, nə də Şərq əldə olunan naliyyətlərlə kifayətlənməyiblər. Belə ki, ABŞ və Çində saatda 1000 (min) kilometrdən artıq sürətlə hərəkət edəcək qatarlarla bağlı qızğın iş gedir.

Azərbaycanda isə dəmir yol xətlərində maksimal sürət saatda 80-100 kilometr hesab olunur. Bu sürətin saatda 140 kilometrə çatdırılması ilə bağlı xəbər-ətər belə yoxdur. Mütəxəssislər bunu səbəbini dəmir yollarının bərbad vəziyyətdə olması ilə izah edirlər. Halbuki, 2015-ci ilin əvvəlində Dünya Bankı Bakıdan Gürcüstan sərhədlərinə qədər olan dəmir yolunun təmiri və yenidənqurulması ilə bağlı kredit ayırmışdı.Və təmir işlərinin 1-1,5 ilə başa çatdırılması nəzərdə tutulurdu. Hətta "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bununla bağlı açıqlama da vermişdi. Həmin çıxışında Qurbanov Azərbaycan dəmir yollarında qatarların hərəkət sürətinin aşağı olmasını "o qədər də xoşagələn hal” olmadığını etiraf etmişdi və hətta Bakı Gəncə arasındakı sərnişin daşınmasını təqribən 5 saata qədər endirəcəklərini vədd etmişdi. Ancaq həmin vədlərdən və Dünya Bankının bu məqsədlə kredit ayırmasından üç ildən artıq vaxt keçməsinə baxmayaraq, el demiş köhnə hamam, köhnə tasdır. Elə buna görə də "Azərbaycan Dəmir Yolları”nın göstərdiyi xidmətlərin səviyyəsinin aşağı düşməsi ilə bağlı çoxsaylı məktublar alırıq, narazılıqların şahidi oluruq.

Azərbaycanın sürətlə inkişafından danışan ölkə rəsmləri yük və sərnişin daşımasında mühüm rol oynayan Respublika dəmir yollarındakı acınacaqlı vəziyyəti görməməzliyə vururlar. Bir daha qeyd edək ki, 2013-cü ildə Dünya Bankı Azərbaycanda Dəmir yolu ticarətin və nəqliyyatın dəstəklənməsini maliyyələşdirmək üçün nəzərdə tutulan 220 milyon ABŞ dolları məbləğində kredit ayırmışdı. Ümumiyyətlə, Dünya Bankının 450 milyon ABŞ dollar krediti Bakıdan Gürcüstan sərhədinə qədər Şərq-Qərb dəhlizi boyunca dəyişən cərəyana keçid və dəmir yolu işarəvermə sisteminin yenidən qurulması məqsədilə ayırmışdı. Təəssüf ki, bu ayırmalar da təyinatı üzrə işlənmədi. Bu qədər vəsaitlərin hara və necə xərcləndiyindən heç kim xəbər tutmadı. "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi bununla bağlı ictimaiyyətə məlumat da vermədi və yenə də vermir.

Sabiq sədr Arif Əsgərovun rəhbərliyi dövründə QSC-də baş verən korrupsiyalar haqqında ilə bağlı çoxsaylı ittihamlar səslənsə də, heç bir tədbir götülmədi. Arif Əsgərovun və oğlu Elnar Əsgərovun adı çoxmilyonluq dələduzluq olaylarında dəfələrlə hallanmışdı. Bu əməliyyatdan isə onlar verdikləri pulun 10 faizi qədər gəlir götürməli imişlər. Hətta bu gəlirləri əldə edənlər də var. Ancaq sonradan vəziyyət tamam dəyişib və onlar pullarını belə ala bilməyiblər.

Bu işlə əlaqədar iki cinayət işi başlansa da, Arif Əsgərov bu cinayətlərdən kənarda qalmışdı. Bu isə məsuliyyətdən kənarda qalma ənənəsini yaradır. Məhz bu ənənənin davamıdır ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Dünya Bankının bir neçə yüz milyon dollarlıq kreditinin necə xərclənməsi ilə bağlı cəmiyyətə heç bir açıqlama vermir. Məhz Azərbaycanla Çinin mühüm fərqi də bundan qaynaqlanır. Təsadüfi deyil ki, Çinin keçmiş dəmir yol naziri Lyu Çitszyun 2013-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham olunaraq edama məhkum olunmuşdu. Azərbaycanda isə korrupsiyaya qurşanan vəzifə həddini aşan və vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurların heç biri cinayət məsuliyyətinə cəlb olunmurlar. Buna görə də Çində qatarlar saatda 350 kilometr, bizdə isə ən yaxşı halda saatda 80 kilometr sürətlə hərəkət edir.

Hurriyyet.org


Paylaş:


Müəllif : Tarix:
16-08-2018, 10:05
  


loading...
Загрузка...