reklam
» » Bir zamanlar yüksək vəzifədə olan nüfuzlu məmurlar - İndi onlar səfirdilər...

reklam

Bir zamanlar yüksək vəzifədə olan nüfuzlu məmurlar - İndi onlar səfirdilər...

Hazırda Azərbaycanın xarici dövlətlərdə 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Bu diplomatik missiyalara rəhbərlik edənlər arasında vaxtilə ölkə daxilində yüksək vəzifə daşıyan şəxslər də az deyil.

Regionxeberleri.com bildirir ki, AZXEBER.COM Azər Niftiyevin təqdimatında hazırda səfir, vaxtilə isə Azərbaycan daxilində böyük vəzifə tutmuş diplomatlarla bağlı araşdırma aparıb.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu uzun müddət Azərbaycanın Mədəniyyət naziri olub. 1989-2006-cı illərdə ölkəmizin mədəniyyət sahəsinə rəhbərlik etmiş P.Bülbüloğlu 12 ildən artıqdır Azərbaycanın Rusiyada elçiliyini edir.

Azərbaycanın və Türkmənistanın xalq artisti, Dağıstanın əməkdar incəsənət xadimi olan Polad Bülbüloğlu özünə soyad kimi məşhur musiqiçi atasının ləqəbini - Bülbül götürüb.

Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycanın ilk baş naziri olub. İki ildən artıq hökumətə rəhbərlik edən gələcək səfir o zamanlar dövlət rəhbərliyinə ən iddialı namizədlərdən olub.

Sonradan Azərbaycanın Xarici İşlər naziri, Gəncə və Sumqayıt şəhərlərinin rəhbəri, Azərbaycanın BMT-də, Macarıstanda səfiri kimi çalışan H.Həsənov ölkəmizi Polşada səfir kimi təmsil edir.

Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev ötən əsrin 90-cı illərində Milli Məclis sədrinin I müavini olub. 1992-ci ildə prezidentliyə namizədliyini irəli sürən T.Qarayev sonradan öz namizədliyini geri götürüb. 1993-cü ildən diplomatik fəaliyyətdə olan T.Qarayev Azərbaycanı Çin, Hindistanda səfir kimi təmsil edib.

Hazırda Azərbaycanın İndoneziyada səfiridir.

Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Baş Prokuror olub. Ondan öncə polis sistemində çalışan E.Həsənov Daxili İşlər nazirinin müavini də işləyib. 2011-ci ildən diplomatik fəaliyyətdə olan E.Həsənov ölkəmizi Rumıniyada səfir kimi təmsil edib.

Hazırda Azərbaycanın Serbiyada səfiridir.

Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Xarici İşlər naziri olub. Onda öncə Mübariz Qubranlı ilə birlikdə Azərbaycan Demokratik İstiqlal Partiyasına (ADİP) rəhbərlik edib.

2004-2010-cu illərdə ölkəmizi Polşada səfir kimi təmsil edən V.Quliyev hazırda Azərbaycanın Macarıstanda səfiridir.

Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub. Ondan öncə millətlərarası münasibətlər üzrə dövlət müşaviri işləyən H.Orucov əməkdar incəsənət xadimidir.

Hazırda Azərbaycanın Qırğızıstanda səfiridir.

Bir müddət öncəyə qədər sabiq Milli Təhlükəsiz naziri Namiq Abbasov, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov və digərləri Azərbaycanın müxtəlif dövlətlərdə səfiri kimi çalışıblar.

Hazırda ölkə rəhbərliyində təmsil olunan yüksək rütbəli məmurlar arasında da vaxtilə səfir kimi çalışan şəxslər var. Buna misal olaraq Xarici İşlər naziri Elmar Məmmədyarovu, Energetika naziri Pərviz Şahbazovu, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovu, Birinci vitse-prezidentin köməkçiləri Elçin Əmirbəyovu və Yusif Məmmədəliyevi göstərmək olar.


Paylaş:


Müəllif : Tarix:
30-08-2018, 17:25
  


loading...
Загрузка...