“Hacı Mazan”a qarşı cinayət işi açıldı
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
RegionXeberleri.com BakuPost-a istinadən xəbər verir ki, istintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.
İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Məsələ ilə bağlı Hacı Mazanla əlaqə saxlanılıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: “Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyiləm, Naxçıvandayam...”.
Xatırladaq ki, “Hacı Mazan” və adamları Binəqədi rayonunda “İnam Bayram” MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.
Paylaş:
Müəllif : Yazar2
Tarix:12-09-2018, 22:21
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT

Vətəndaş Mərkəzi Klinika Gəncə Xəstəxanasından gileylənir - Artıq pulumu alıblar + VİDEO

Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?