reklam
» » Tacirin qardaşı özündən çıxdı: “Bacısından xəbəri yoxdu”

reklam

Tacirin qardaşı özündən çıxdı: “Bacısından xəbəri yoxdu”

Tanınmış müğənni Tacir Şahmalıoğlu ilə dayısı Nurəddin Əliyev arasında yaranan qalmaqal müğənninin qardaşı Tahir Allahverdiyevi də dilə gətirib.
Regionxeberleri.com bildirir ki, Yenicag.az-a açıqlama verən T.Allahverdiyev qardaşının müdafiəsinə qalxıb:
“Dayım 26 il Türkmənistanda yaşayıb. Bakıya təzə gəlib. Bacısıoğluna qarşı düzgün hərəkət etmədi. Sən yaxşı dayı idinsə, əvvəlcə bacından xəbərin olardı. Bacısından xəbəri yoxdu, bir dəfə bacısının qapısını döyməyib, indi ortaya düşüb, ağsaqqallıq edir. Onu öyrədib, ortaya salanlar var. Məqsəd də qardaşımı gözdən salmaqdır. Tacir elə oğul deyil ki, anasına sahib çıxmasın. Dəfələrlə gəlib, anama yalvarıb ki, gedək mənimlə qal. Anam dənizdə boğulub dünyasını faciəli şəkildə dəyişən qardaşımın iki azyaşlı uşağına baxır. Ortancıl qardaşımla birgə qalır. Amma Tacir həmişə bacılarına və qardaşlarına böyüklük edib, hamısını evləndirib, köməyini əsirgəməyib. Tacir milyonçu deyil ki, hər qardaşına, bacısına bir ev alıb, bağışlasın”.
Qeyd edək ki, Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyevin “Tacirin üç evi var, niyə anasını aparıb yanında saxlamır?” açıqlaması qohumlar arasında narazılığa səbəb olub.


Paylaş:


Müəllif : Tarix:
17-09-2018, 16:39
  


loading...
Загрузка...