reklam
» » "Məktəbdə dini tədbirin olacağını bilirdik" - Təhsil şöbəsinin müdiri

reklam

"Məktəbdə dini tədbirin olacağını bilirdik" - Təhsil şöbəsinin müdiri

Mingəçevirin Noel Ahəngarı adına 13 saylı orta məktəbində Məhərrəmlik ayı ilə bağlı tədbirin təşkil olunması müzakirələrə səbəb olub. Belə ki, sentyabrın 6-da məktəbdə Mingəçevir məscidinin axundunun müavini Cavid Ələmdarın rəhbərliyi altında “Məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının səbəbləri, matəmin mənası” mövzusunda müəllim və valideynlərə mühazirə oxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə tədbirlərin din xadimləri tərəfindən dövlət qurumları, təhsil ocaqlarında keçirilməsinin düzgün olmadığı bəyan edib. Bildirilib ki, təhsil ocaqlarında bu cür mərasimlərin keçirilməsi yolverilməzdir.

AzVision.az məsələ ilə bağlı Mingəçevgir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovdan münasibət öyrənib. O, tədbirin keçiriləcəyindən xəbərdar olduğunu bildirib. Şöbə müdiri qeyd edib ki, bu barədə Təhsil Nazirliyinə məlumat verilib.

“Məhərrəmlik ayı ilə bağlı təhsil ocaqlarında razılaşdırılmış tədbirlər həyata keçirilir. Bu tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dərsdən yayınıb məscidlərə getməsinin qarısını almaqdır. Aşurə günü dərs vaxtına düşür. Həmçinin, böyüklər də həmin gün baş yarmaqdansa, gedib qanvermə aksiyalarında iştirak etsinlər. Maarifləndirici tədbirlər bizə rayon rəhbərliyi tərəfindən verilən siyahıya uyğun olaraq aparılır. Əsas məqsəd valideynləri, uşaqları xoşagəlməz amillərdən çəkindirməkdir. Başqa dini təbliğat aparılmır və buna icazə verilməz”, - deyə S.Məmmədov vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
18-09-2018, 14:01
  


loading...
Загрузка...