reklam
» » Səhiyyə Nazirliyi Şamaxının baş həkiminin qanunsuz ağac kəsməsi faktını araşdırdı - "Baş həkim orda səhv edib ki..."

reklam

Səhiyyə Nazirliyi Şamaxının baş həkiminin qanunsuz ağac kəsməsi faktını araşdırdı - "Baş həkim orda səhv edib ki..."

Səhiyyə Nazirliyi Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyevin qanunsuz ağac kəsdiyi üçün cərimələnməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Trend-ə açıqlamasında faktı təstiqləyib.

O bildirib ki, ağac kəsilməsi prosesində baş həkim səhvə yol verib: "Səhiyyə Nazirliyi bununla bağlı dərhal araşdırma apardı. Məlum oldu ki, xəstəxananın həyətində bir ədəd qurumuş ağac olub və həmin ağac da ətrafdakılara real təhlükə yaradırmış. Baş həkim də həmin ağacın kəsilməsi ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətinə xəbərdarlıq edib və qurumdan şifahi razılıq alıb. Lakin baş həkim orda səhv edib ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verməyib. Ağac doğranıb yığılan avtomobil polis tərəfindən saxlanılıb və məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib".

Nazirliyin əməkdaşları da qanunsuz ağac kəsilməsi ilə bağlı baş həkim barədə akt tərtib edib və onu 3 min manat cərimələyib.


Paylaş:


Müəllif : Tarix:
18-09-2018, 15:29
  


loading...
Загрузка...