reklam
» » Narazı vətəndaşlar Nikoil bankın 6 saylı filialının qarşısında etiraz aksiyası keçirəcək

reklam

Narazı vətəndaşlar Nikoil bankın 6 saylı filialının qarşısında etiraz aksiyası keçirəcək


Oktyabr ayının 12 saat 12.00-da 200 nəfər zərərçəkən şəxs maşın bazarının qarşısında Nikoil Bankın 6 saylı filialının fəaliyyətinə və rəhbəri Emin Axundovun qanunsuz fəaliyyətinə “etraz mitinqi” keçirmək üçün toplantı keçirəcəyik. Oradan cənab Prezidentə video müraciə etməklə sözümüzü ölkə rəhbərliyinə çatdıracağıq. Çünki cənab Prezidentimiz İlham Əliyev daima məmurlara və xüsusəndə banklara tapşırıqlar verməsinə baxmayaraq bəzi belə banklar və Emin Axundov kimi yalnız öz mənafeyini düşünən şəxslər ictimai narazılıq yaradırlar.

Belə ki zərərçəkənlərdən biri Əzimov Eldəniz bildirir ki, 2013-cü ilin aprel ayında mülki etibarnamə ilə Muradov Qubad adlı şəxsdən 10 su 254 dövlət nömrə nişanlı mersedes markalı avtomobil alıb. 36 aylıq kreditin 32 ayını ardıcıl olaraq qrafiklə ödəyib. Hər ay 281 ABŞ dollardan 4 ay yəni cəmi 1124 ABŞ dolları borcum qalmışdı. Ödənişin tamamlanmasına 4 ay qalmış evində yanğın baş verdiyi üçün ziyana düşüb ödəmə qabiliyyətindən məhrum olub. Bu barədə Nikoil bankın baş idarəsinə email vasitəsiyə rəsmi xahiş göndərib və həmin zamanlarda Nikoil bankın Aydın adlı səlahiyyətli şəxsinə zəng vurub hadisəylə bağlı məlumat verib. 2 ay əvvəl isə bank həmin avtomobili Əzimov Eldənizin əlindən alaraq şərt qoyub ki 2800 dollar birdəfəyə nəğd ödəməsən sənə maşın yoxdur. Maşın artıq bankındır. İndi necə olur ki 1124 ABŞ dolları 2800 ABŞ dolları oldu. Hansı cəriməylə və hansı faizlə qalıq borcun üzərinə 160 faiz artım oldu. Allaha and olsun ki uşaqlarım hər gün məndən soruşur ki, ata maşın hardadır bizi gəzməyə apar.Bütün varımı dövlətimi qoymuşam bu maşına 3500 ABŞ dolları ilkin ödəniş 8850 ABŞ dolları kredit. Yəni 12.350 maşına pul vermişəm amma indi 1124 dollara görə maşını əlimdən almaq istəyirlər. Belə də Allahsızlıq olar? Erməni bunu öz vətəndaşına etməz amma özümüzün ki bunu edir!

Əzimov Eldəniz bildirir ki, bir neçə gün Nikoil banka getdim və orada yüzlərlə mənim halıma salınmış müştərilərlə rastlaşdım. Orada Nizami adlı bir şəxs özüylə benzin gətirmişdir ki, indi özümü yandıracam. Lakin orada olan ağsaqqların söhbətindən sonra Nizamini sakitləşdirdik. Orada olan şəxslərdən biri bildirdi ki, 5 – 6 ay bundan öncə onun gözü qarşısında bir cavan oğlan üzərinə benzin töküb yandırmışdı. Amma tez müdaxilə olunduğuna görə yüngül yanıqla ötüşmüşdü və qolu yanmışdı. Sonra bank bu işi ört basdır etmək üçün həmin şəxsin avtomobilini güzəştlə özünə qaytarmışdı. İndi məndə özümü yandırım? Lazımdırsa yandıraram!

Orada qərara gəldik ki, banka sivil yolla etraz etmək üçün və ölkə rəhbərliyinin diqqətini cəlb etmək üçün etraz mitinqi təşkil edək və mətbuat vasitəsiylə digər zərərçəkənləri məlumatlandırmaqla mitinqdə iştirak etməyə çağırış edək. Həmin mitinqdə bizim tələbimiz bankın rəhbərliyinin qanunla cəzalandırılması və hüquqları pozulmuş müştərilərin hüquqlarının bərpa olunması. Bu bankda həddən aşırı yüksək faizlər və yüksək cərimələr etməklə müştərini şok vəziyyətinə salmaqla əmlakını əlindən almaq. Müştərini məhkəmə vasitəsiylə elə bir qərar qətnamə çıxarırlar ki, müştərinin bunu ödəməyə praktik olaraq imkanı olmasın və maşını banka buraxıb getsin.

Bütün zərərçəkənlər dəvət olunur. Eldəniz Əzimov əlaqə tel (055) 763 48 05.

RegionXeberleri.com

 


Paylaş:


Müəllif : Tarix:
19-09-2018, 14:48
  


loading...
Загрузка...