reklam
» » Azərbaycanlı iş adamı Etimad İsmayılovu öldürən Dəmirov ələ keçdi (VİDEO)

reklam

Azərbaycanlı iş adamı Etimad İsmayılovu öldürən Dəmirov ələ keçdi (VİDEO)

Türkiyədə azərbaycanlı iş adamı, eyni zamanda siyasi analitik Etimad İsmayılovu öldürməkdə şübhəli bilinən Gözəl Dəmirov və onu müşayiət edən sürücüsü saxlanılıb.

Regionxeberleri.com BAKU.WS-ə istinadən məlumatına görə, İsmayılovu öldürdüyü iddia edilən sabiq polis rəisi Gözəl Dəmirov və sürücüsü gecə saatlarında Beşiktaşda bir yerdə ələ keçib.

Gözəl Dəmirov Azərbaycanda bir müddət əvvəl polis rəisi işlədiyi, sonradan bir hadisə səbəbi ilə Türkiyəyə qaçdığı məlum olub. Saxlanılan Dəmirov və onun sürücüsü polis əməkdaşları tərəfindən sorğuya tutulub.

İlkin məlumata görə, Gözəl Dəmirov Etimad İsmayılovu borc məsələsinə görə öldürüb.

Türk polisi faktla bağlı araşdırmaları davam etdirir.

Qeyd edək ki, Etimad İsmayılov İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından və ürəyindən güllə yarası alan İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini idi. O, eyni zamanda məşhur jurnalist, "Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanın həyat yoldaşıdır.



Paylaş:


Müəllif : Tarix:
20-09-2018, 09:25
  


loading...
Загрузка...