reklam
» » Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

reklam

Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unverisetetinin Musiqi sənəti fakultəsinin tələbəsi Ucar rayonu Bərgüşad kənd sakini Orucov Fərhad Sahib oğlu tərəfindən  
                                              MÜRACİƏT        
                                                                                                                                                                                                                                                                             Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unveristetinin musiqi sənəti fakultəsinin 4-cü kurs tələbəsiyəm. Təhsilimə məsuliyyət və diqqətlə yanaşıram. Allahın bəxş etdiyi səsim mənə imkan verir ki, xalq mahnılarını ifa edim. Müəllimlərim görkəmli incəsənət ustalarıdır, Azərbaycan Respublikasının əməkdar və xalq artistləridir.Xalq mahnılarını ifa edirəm. İfa etdiyim xalq mahnını bu müraciətimə əlavə edirəm. İnanıram ki, ifa etdiyim mahnıya qulaq asıb dəyər verəcəksiniz. Ailəmiz külfətdən ibarətdir. Təhsil haqqım bir il üçün 1800 manat təşkil edir. Həmçinin təhsilimlə əlaqədar Bakı şəhərində kirayə evdə qalmağım maddi çəhətdən ailəmizə korluq verir.Hazırda isə bu ilin təhsil haqqını ödəməyə maddi imkanımız yoxdur. Çox çətinlik çəkirik, çıxılmaz bir vəziyyətdə qalmışam. Ancaq buna baxmayaraq ümüdliyəm ona görə ki, Azərbaycan Respublikasında İncəsənətə xüsusi diqqət, incəsənt adamlarına dəyər verən Mehriban Əliyeva kimi gözəl insan var. Mehriban xanımın köməkliyi, dəıstəyi və diqqəti sayəsində bu gün Azərbaycan Respublikasının mədəniyyəti inkişaf edir, incəsənət işçilərinə xüsusi qayğı göstərilir dəyər verilir, problemləri həll edilir.Öz sənətimin vurğunuyam, istəyim odur ki,hörmətli Mehriban xanımın köməkliyi ilə təhsilimi başa vurub xalqıma, dövlətimə səsimlə, Istedadımla xidmət edim.
Hörmətli Mehriban xanım !                                                                                                                                                                                                                         Ümüdüm anacaq Sizədir.Sizdən çox-çox xahiş edirəm təhsil haqqının ödənilməsi üçün mənə yaxından köməklik edəsiniz. Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və işlərinizdə daima uğurlar arzulayıram.İfa etdiyim xalq mahnısını sizə təqdin edirəm xahiş edirəm dinləyib qiymət verəsiniz.
Əlaqə telefonum; (050) 560-28-24  
 



Paylaş:


Müəllif : Tarix:
24-09-2018, 09:24
  


loading...
Загрузка...