reklam
» » “11 aydır atamdan məktub ala bilmirik” – Dilqəm Əsgərovun oğlu

reklam

“11 aydır atamdan məktub ala bilmirik” – Dilqəm Əsgərovun oğlu

“2017-ci ilin noyabrından bu günə qədər atamdan məktub gəlmir”.

Regionxeberleri.com bildirir ki, bunu Metbuat.az-a açıqlamasında erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları girovluqdan məktub gətirsələr də, ancaq Dilqəm Əsgərovdan məktub gətirməyiblər: “Mən dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına demişəm ki, nəyə görə atamdan 11 aydır məktub gəlmir? Onlar isə sadəcə bunu deyirlər ki, özü yazmaq istəmir. Təbii ki, buna inanmıram. Necə olur ki, atam 10-11 aydır məktub yazmaq istəməsin?”.
K.Əsgərov deyir ki, atasının səhhətilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi sadəcə şifahi məlumat verirlər ki, səhhəti, saxlanma şəraiti normaldır, ancaq bunu sübut edəcək nə məktub var, nə də video: “Atamdan məktub gələndə özü yazırdı ki, səhhəti necədir, az da olsa, bu haqda məlumat verə bilirdi. 11 aydır məktub almadığımıza görə səhhətinin necə olduğunu da bilmirik”.


Paylaş:


Müəllif : Tarix:
2-10-2018, 13:30
  


loading...
Загрузка...