reklam
» » Eldar Əzizov adı qalmaqala qarışmış Baş direktoru işdən çıxardı - BŞİH-də daha bir dəyişiklik

reklam

Eldar Əzizov adı qalmaqala qarışmış Baş direktoru işdən çıxardı - BŞİH-də daha bir dəyişiklik

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu bu gün vəzifəsindən azad edib.

Regionxeberleri.com bildirir ki, bu barədə Strateq.az-a verilən məlumata görə, Eldar Əzizovun sərəncamı ilə 3 gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni komissiya yaradılıb.

Həmin komissiya İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində hərtərəfli yoxlamaya başlayıb: "Bakı Şəhər İcra Hakimiyyəti yoxlamaya ayın 1-də başlasa da, bu barədə rəsmi məlumat oktyabrın 2-də yayıldı. Bu gün isə Eldar Əzizov Qüdrət Şükürovu vəzifəsindən çıxardı".

Məlumata görə, hazırda BŞİH-in tabeliyində olan Bakı Lift-Təmir İstehsalat Birliyi də daxil olmaqla, digər qurumlarda yoxlama davam edir. Bu səbəbdən digər rəhbər şəxslərin də vəzifələrindən azad olunacağı gözləniləndir.

Xatırladaq ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun adı ötən il qızı Aysel Şükürovanın dəbdəbəli toy mərasimi ilə mətbuatın gündəminə gəlib. Həmin vaxtı iddia edilirdi ki, Qüdrət Şükürov qızının toyuna 400 min dollar xərc çəkib...

Onu da qeyd edək ki, ötən il bu kimi xəbərlərin kütləviləşməsindən sonra Qüdrət Şükürovun vəzifəsindən azad olunduğu haqda xəbərlər yayılsa da, sonradan məlumat rəsmən təkzib edilmişdi.


Paylaş:


Müəllif : Tarix:
4-10-2018, 09:28
  


loading...
Загрузка...