reklam
» » Təşkilat sədri Ukraynadakı səfir barədə ilginc açıqlamalar verdi - QALMAQAL

reklam

Təşkilat sədri Ukraynadakı səfir barədə ilginc açıqlamalar verdi - QALMAQAL

“Mən diplomatam, ictimai-siyasi fəaliyyətlə məşğulam, “Ukraynanın Qafqaz Xalqları Konqresi” ictimai təşkilatının sədriyəm. İctimai-siyasi fəaliyyətim dövründə Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləmişəm və Ləyaqət İnqilabında aktiv iştirak etmişəm”.
Regionxeberleri.com Misssiya.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dubaydakı sabiq vitse-konsulu, hazırda Ukraynada “Kafqaz Xalqlarının Konqresi” təşkilatına rəhbərlik edən Paşa Məmmədov bu gün “İnterfaks-Ukrayna”da keçirdiyi mətbuat konfransında deyib. Onun mətbuat konfransındakı çıxışını bəzi ixtisarlarla və hələlik hər hansı şərh vermədən təqdim edirik:
“Bir müddət öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukrayna DİN-in rəhbəri Arsen Avakova mənim fəaliyyətimlə bağlı şikayət edib. Səfir Azər Xudiyevin məktubunda bildirilr ki, guya səfirliyə mənimlə bağlı çoxsaylı şikayətlər daxil olub, güya mən Azərbaycanın Ukraynadakı səfirinin köməkçisinin saxta vəsiqəsini istifadə edirəm və müxtəlif dövlət qurumlarına özümü səfirin köməkçisi kimi təqdim edirəm. İstəyirəm rəsmən bəyan edib ki, bu, böhtandır, vəzifə spekulyasiyasıdır və siyasi korrupsiyadır. Mən heç vaxt özümü səfirin köməkçisi kimi təqdim etməmişəm və belə vəsiqəm də olmayıb. Və mən KİV-lər vasitəsi ilə bütün dövlət və hətta özəl təşkilatlara təkliflə müraiciət etmək istəyirəm ki, əgər mən özümü haradasa “Ukraynanın Qafqaz Xalqları Konqresi” ictimai təşkilatının sədri və Dubayda işləmiş sabiq vitse-konsul kimi yox, məhz Azərbaycanın Ukraynadakı səfirinin köməkçisi kimi təqdim etmişəmsə, mənimlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsinlər.
Lakin Azərbaycanın səfiri nazir A.Avakova ünvanlamış rəsmi məktubunda mənim ünvanıma böhtan atır. Və hətta mənimlə bağlı şəxsi məlumatları (pasport məlumatları, yaşayış yeri) mənim xəbərim və məhkəmənin icazəsi olmadan yayır. Bu cür hərəkətlər qanuna, Ukrayna Konstitusiyasına və Cinayət Məcəlləsinə ziddir.
Nəzərə alaraq ki, 1961-ci ildə qəbul edilmiş diplomatların immuniteti və imtiyazlarını nəzərə alan Vyana konvensiyası diplomatlara fəaliyyət göstəridkləri ölkələrin qanunlarını pozmağa icazə vermir. Lakin Azərbaycanın səfiri Ukraynanın Konstitusiyasını və Cinayət Məcəlləsinin müvafiq müddəalarını pozub. Ukraynanın Xarici İşlər Naziri cənab P.Klimkinə müraciət edirik ki, Azərbaycanın Ukraynadakı səfirini arzuolunmaz şəxs (persona non qrata) elan etsin.
Yəni, hazırda Azər Xudiyev tərəfindən Ukraynanın Azərbaycan diasporasının üzvlərinə qarşı törətdiyi bi neçə əməl var ki, hansılara görə Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub:
maddə 383, cinayət törədilməsi barədə saxta məlumatın yayılması;
- maddə 182, şəxsi həyat toxunulmazlığının pozulması;
- maddə 170, ictimai təşkilatların qanuni fəaliyyətinə mane olması;
Bundan əlavə bu, Vyana konvensiyasının 41 və 42-ci maddələrinin dispozisiyasına ziddir, çünki diplomat fəaliyyət göstəriyi ölkələnin qanunlarına hörmətlə yanaşmalıdır, onları pozmamalıdır və statusundan şəxsi mənafeyi naminə sui istifadə etməməlidir.
Mövcud məlumatlara əsasən, iyirmiyə yaxın ictimai təşkilat yazılı formada Azərbaycan Respublikasının Prezidentinə müraciət edərək xahiş ediblər ki, Azər Xudiyev səfir vəzifəsindən geri çağrılsın. Səbəb odur ki, Azər Xudiyev onların fəaliyyətinə kobudcasına müdaxilə edir və onlara təzyiq göstərir. Qeyd etmək istəyirəm ki, Ukraynada rəsmi qeydiyyatdan keçmiş ictimai təşkilatlara qarşı səfirin bu cür davranışı Ukraynanın daxili işlərinə müdaxilə etmək cəhdidir və bu, daha bir hüquqi zəmin yaradır ki, səfir persona non qrata elan edilsin və ya geriyə çağırılsın. Bunları nəzərə alaraq biz Ukrayna Prezidentinin ünvanına petisiya hazırlamışıq və çağırırıq ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev persona non qrata elan edilsin.
Biz həmçinin Kiyevin merinə müraciət edərək xahiş etmişik ki, Azərbaycanın səfirliyi qarşısında keçirəcəyimiz piket və mitinqin vaxtını və gününü razılaşdıraq. Biz demokratik ölkəyik və belə diplomatların aqremanını qəbul etmək Ukrayna üçün utandırıcıdır.
Ukrayna Xarisi İşlər nazirliyinin nəzərinə bir faktı da çatdıraq. Azər Xudiyev oz rəsmi bioqrafiyasında göstərir ki, o, 2009-2011-ci illərdə Ukrayna XİN-in yanında Diplomatik Akademiyada təhsil alıb. Lakin onun bioqrafiyasında göstərilir ki, həmin dövrdə o, Azərbaycan XİN-ində işləyib. Bizim rəsmi sorğumuza cavab olaraq bilidirilib ki, Diplomatiya Akademiyasında qiyabi təhsil sistemi yoxdu. Belə çıxır ki, səfir yenə Ukrayna qanunlarını pozub, çünki tam ştatda olaraq və işləyərək əyanı gündüz təhsili almaq qeyri mümkündür. Ukrayna XİN-i bu məsələyə də aydınlıq gətirməlidir. Bu, bir daha Azər Xudiyevin persona non qrata elan edilməsi və ya geriyə çağırılması üçün zəmin yaradır”.
Qeyd edək ki, mətbuat konfransında Ukrayna XİN-in yanında Diplomatik Akademiyaya göndərilmiş sorğunun cavabı və Azərbaycanın Kiyevdəki səfirliyi qarşısında poket keçirilməsi məqsədilə meriyaya göndərilmiş məktub da nümayiş olunub.



Paylaş:


Müəllif : Tarix:
5-10-2018, 12:07
  


loading...
Загрузка...