reklam
» » Qüdrət Şükürovun yerinə təyinat - Əmr verildi

reklam

Qüdrət Şükürovun yerinə təyinat - Əmr verildi

Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub.

Regionxeberleri.com-un “Qafqazinfo”a istinadən əldə etdiyi məlumata görə, Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb.

Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub.

X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb.

Bu gündən o vəzifəsinin icrasına başlayıb.

Əldə etdiyimiz xəbərdə o da bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc mütəxəssisləri cəlb etmək niyyətindədir.


Paylaş:


Müəllif : Tarix:
10-10-2018, 16:55
  


loading...
Загрузка...