reklam
» » Müğənni ayağı amputasiya olunmuş 8 yaşlı uşağı əməliyyat etdirəcək

reklam

Müğənni ayağı amputasiya olunmuş 8 yaşlı uşağı əməliyyat etdirəcək

Azərbaycanlı müğənni Səbinə Əskərova 3 ay öncə qəzaya düşüb və ayağı amputasiya olunmuş, protez qoymağa və əməliyyat olunmağa maddi imkanı olmayan 8 yaşlı Günayın xərclərini üzərinə götürüb.
Regionxeberleri.com Musavat.com-a istinadən xəbər verir ki, bu barədə jurnalist Hacıbəy Heydərli sosial şəbəkədə yazıb: “Dünən 8 yaşlı Leyla bala ilə bağlı xəbər paylaşdıq. Xəbərə dərhal reaksiya verən dəyərli dostumuz, sənətçi Səbinə Əskərovanın dəvəti ilə Leyla Bakıya gəldi və bu gün müayinə olunması üçün xəstəxanaya getdik. Səbinə həmçinin Leyla üçün tələb olunan 12 min manata yaxın vəsaitin hamısını qarşılayacağını dedi. Nə qədər ki, xeyirxah insanlar var, yaşamağa dəyər. İnşaAllah bu nur üzlü balamız ayağa qalxacaq”.
Səbinənin bu addımı sosial şəbəkədə rəğbətlə qarşılanıb.


Paylaş:


Müəllif : Tarix:
12-10-2018, 15:23
  


loading...
Загрузка...